"Şerif" - "Qarabağ": Son məşq və mətbuat konfransı

22 Avq 2018
"Şerif" - "Qarabağ": Son məşq və mətbuat konfransı
Avropa Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Şerif” (Moldova) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Avqustun 22-də baş məşqçimiz Qurban Qurbanov Bakı vaxtıyla saat 19:45-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi “Şerif Arena”da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.