SERİYALAR(FUTBOL+, 23 MART, 2005)

single-news
23 Mar 2005

SERİYALAR(FUTBOL+, 23 MART, 2005)



Son dəfə 10-cu turda 3 qol buraxaraq "Qarabağ"a yenilən "İnter" 13 məğlubiyyətsiz oyundan sonra yenə 3 qol buraxaraq, məğlub oldu.Qeyd edək ki, cari mövsümün gedişində"Neftçi" belə seriyasını 26-ya çatdırmışdısa, "Bakı" 8 oyunluq məğlubiyyətsizliklə yadda qalmışdı. Hazırda "Qarabağ" 10, "Neftçi" 8 oyundu yenilmir. Ardıcıl 6-cı qələbəsini qazanan "Xəzər-Lənkəran" bu göstəricidəmövsümün rekorduna sahib oldu."Neftçi" ardıcıl qələbələrinin sayını 13-ə çatdırmışdırsa, "Kəpəz" 7 il əvvəl 20 qələbəni sıralayıb.Son 5 matçda qol buraxmayan cənublular özlərinə məxsus 7, "Bakı"ya məxsus 8 "quru" oyun seriyasına yaxınlaşdı.Qeyd edək ki, 12 il əvvəl "Turan" 11 matçda qapısında qol görməmişdi...

Paylaş