Seriyaya davam, seriya qırmaq üçün...

Seriyaya davam, seriya qırmaq üçün...
`Qarabağ`ımız Qəbələdədir. 2013-cü ildə ilk rəsmi oyununa çıxacaq `Qarabağ`ımız artıq ölkənin şimalına yollanıb. 50 günlük fasilədən sonra premyerliqanın XIX turunda `Qəbələ` ilə qarşılaşacaq komandamız bugün oyunun keçiriləcəyi meydançada məşq edəcək.
`Qarabağ`ımız Qəbələyə tam heyətlə yollanıb. Sadəcə, yeni transferimiz Reynaldo sabahkı görüşdə iştirak etməyəcək. Braziliyalı gələn həftə `Sumqayıt`la baş tutacaq oyunda hazır olacaq.
`Qarabağ`ımız Qəbələyə seriyasını davam etdirməyə və seriyanı qırmağa gedir. `Qarabağ`ımız 2 ildir `Qəbələ`ni məğlub edə bilmir. Sonuncu dəfə 2 il bundan əvvəl Fevralın 13-də `Qəbələ` üzərində doğma meydanda 3:0 qələbə də qış fasiləsindən sonrakı ilk oyun təsadüf etmişdi. Ənənəni davam etdirmək üçün 3 günlük ara eyni durumu yaradıb.
Cari mövsümün ilk yarısında baş tutan görüşdə `Qələbə` mərkəzi arenada `Qarabağ`ı 2:1 hesabıyla məğlub edib. XI tur çərçivəsində, Oktyabrın 31-də qeydə alınan nəticədən sonra `Qarabağ` baş tutan 8 görüşdə (7 çempionat, 1 kubok) məğlubiyyət üzü görməyib (6 qələbə, 2 heç-heçə).
Göründüyü kimi, `Qarabağ`ımız Qəbələyə 3 aydan çoxdur davam edən məğlubiyyətsiz seriyasını davam etdirməyə gedir. Qazanacağımız qələbə seriyamızı davam etdirəcək, rəqib qarşısında 2 ildir davam edən qələbəsizlik seriyasına son qoyacaq..
Sabah, 15:30-da...