Sərpil Həmdi Tüzün qovulub? (FUTBOL+, 21.07.2005)

single-news
21 İyl 2005

Sərpil Həmdi Tüzün qovulub? (FUTBOL+, 21.07.2005)



Sərpil Həmdi Tüzün qovulub? Elxan Abdullayevli "Qarabağ"da növbəti ölkə çempionatına yönələn çalışmalar ciddiləşir. Fiziki hazırlıqlardan sonra Abdullayev komandaya qısamüddətli istirahət verib. "Qarabağ" bu gün yenidən Tofiq İsmayılov adına Suraxanı stadionunda məşqə çıxacaq. Heyət tam müəyyənləşdirilməsə də, baş məşqçi komandanı komplektləşdirmək üçün əlindəki imkanlardan yararlanmalıdı. Elə iyulun 25-nə planlaşdırılan təlim-məşq toplanışında da məqsəd bu olacaq. Qeyd olunan tarixdə heyət Qaxa yola düşəcək. Son bilgilərə görə, düşərgədə yeni futbolçu yoxdu. Abdullayev Mübariz Orucov, Abuzər İbrahimov, Vasif Haqverdiyev, Ruslan Musayev və Müşviq Hüseynov istisna olmaqla, tamamilə gənclərə güvənməlidi. Dünən Ağdam təmsilçisiylə bağlı başqa maraqlı xəbər də aldıq. Etibarlı mənbənin bildirdiyinə görə, rəhbərlik yaxınlarda klubda texiki direktor vəifəsinə təyin olunan Həmdi Sərpil Tüzünü postundan uzaqlaşdırıb. Başçıların belə qərarının səbəbi maraq doğurmaya bilməz. Xatırladaq ki, Tüzünün "Qarabağ" da əsas işi uşaq futboluyla bağlıydı. Təcrübəli mütəxəssis komandanın futbol məktəbinə rəhbərlik etməklə yanaşı, həm də bütün yeniyetmə qrupların baş məşqçisi səahiyyətini daşıyırdı. Deyəsən, Sərpil bəy elə bu vəzifəsində yaranan problemə görə rəhbərliklə üz-göz olub. Belə ki, Tüzünün komandası uşaqların ölkə birinciliyində çempion olmayınca qarşıya qoyulan öhdəlik yerinə yetirilməyib. Hadisələrin axarı isə Sərpil bəyə baha başa gəlib. Tüzünün qovulması xəbərini "Qarabağ" rəhbərliyi ilə dəqiqləşdirmək istədik. Klubun baş direktoru Əmrah Çəlikəl ənənəsinə sadiq qalıb səsimizə səs vermədi və belədə mətbuat xidmətinini rəhbəri Asif Əsgərovla əlaqə yaratdıq. Əsgərov isə sözügedən mövzuda sualımıza konkret cavab vermək əvəzinə türk məşqçinin sadəcə, yeniyetmələrin çempionatı bitdiyindən ölkəsinə yollandığını bildirdi.

Paylaş

// pop up