Səsə verilən səs (çempion)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
22 Sen 2011
Səsə verilən səs (çempion)
Qurban Qurbanov hələ çox işləməli və Azərbaycan futboluna xeyir verməldir
Yenə Suraxanı. Yenə istefa sədaları. Yenə hədəf Qurban Qurbanov. Təqribən 3 il öncə eyni hadisəyə şahidlik etmişdik. “Qarabağ” evdə “Simurq”a uduzduğuna görə, Qurban Qurbanovu istefaya çağırmışdılar. O vaxt hələ təcrübəsi az olan Qurbanov əsəbilərinə hakim kəsilə bilməyib azarkeşlərlə kiçik insident yaşamışdı. Amma Qurbanov budəfəki sədalara heç fikir də vermədi. Bildi ki, bunu edən adını azarkeş qoyub, özü azarkeş olmayandır... Bəli, mən razıyam ki, “Qarabağ” “uğursuzluq zolağı”ndadır. Çempionluğu hədəfləyən bir komanda son üç oyunda cəmi bir xal qazanıb. “Qarabağ”ın indiki vəziyyətini, oyunlara necə hazırlaşdığını da nəzərə almaq lazımdır. Milli komandaya yollanmış və zədəli futbolçuları çıxsaq, komandada cəmi 7 futbolçu qalmışdı. Legionerlərə üstünlük verən komandalar orada-burada olanda, “Qarabağ” hazırlaşmaq əvəzinə millidə olan futbolçularının sağlam qayıtmaları üçün dua edirdi. Bəli, “Qarabağ”ın uğursuzluğunun əsas səbəbi də məhz budur. Futbolçular 15 gün ərzində iki fərqli taktikaya necə uyğunlaşsınlar? İndi hamının dilində bir söz var. Peşəkar futbolçu bunu bacarmaldır. Amma yaddan çıxarmayaq ki, ilk “beşlik” ölkələrində də belə hallara rast gəlinir. İndi hamı Əfran İsmayılovu qınayır. Deyirlər ki, Əfran zəifləyib. Mən bu fikirlə tamamilə razıyam. Düzdür, Əfran əvvəlki qədər faydalı deyil. Onun “Qarabağ”da zəif oynamasının başlıca səbəbi yorğunluğu və Foqtsun taktikasını başından çıxara bilməməsidir. Əslində Əfran topu özündə daha çox saxlamağa çalışmır, Foqtsun dediklərini edir.
Bütün bu yorğunluğu, normal keçməyən hazırlıq mərhələsini və “Qarabağ”ın problemlərini ciddi təhlil etsək, bu komandanın evdə “Xəzər Lənkəran”a uduzmasını faciə saymamaq olar. Çünki “Xəzər Lənkəran” “Qarabağ”dan fərqli olaraq, daha çox istirahət edib və çox sayda futbolçuya malikdir. Cənub klubunun baş məşqçisi Mirça Rednikin əlində o qədər futbolçu var ki, hətta ikinci “Xəzər Lənkəran” da yaratmaq mümkündür. Amma “Qarabağ”da bəzən elə hallar olur ki, heç ilk “onbirliy”i düzəltməyə futbolçu tapılmır. İndi deyirsiniz, “Xəzər Lənkəran” “Qarabağ”ı udmasın?
Görünür, bir qrup “azarkeş” bütün bunları nəzərə almadan Qurban Qurbanovu istefaya səsləməyə başladı. Vallah, mənim həmin şəxslərə azarkeş deməyə dilim gəlmir. Əgər bu oyun Quzanlıda keçirilsəydi, deyərdim ki, bəli, komandanı əsl azarkeş ordusu dəstəkləyib. Amma stadionlara tez-tez gedənlər bilir ki, Suraxanıdakı “Qarabağ” azarkeşlərinin orta yaş həddi 12-15-dir. Bu yaşda olan insan adətən tablodakı rəqəmi nəzərə alır. Yəni həmin şəxslərin bir qismi, bəlkə də, bilmir ki, “Qarabağ” son üç ildə Qurban Qurbanovun rəhbərliyi altında Avropada hansı uğura imza atıb. “İstefa” deyənlərin çoxu, bəlkə də, səsə səs verənlərdir. Görünür, onlar üçün “Xəzər Lənkəran”la oyunda qazanılacaq bir xal və ya qələbə “Visla” və ya “Brügge” kimi komandanı məğlub edib, bütün Azərbaycanı ayağa qaldırmaqdan daha vacibdir. Avropada heç kimin etmədiyini edən bir azərbaycanlını 20-30 nəfər azyaşlının ayağına vermək olarmı? Əlbəttə olmaz. Mən həmişə deyirəm, yenə təkrarlayıram: Azərbaycanda hələ də azarkeş mədəniyyəti formalaşmayıb. Arenaya gələnlərin çoxunun məqsədi vaxt “öldürməkdir”. Siz heç Avropadakı hər hansı bir mənzərəni, sevinc və ya kədər göz yaşlarını Tofiq Bəhramov adına Respublika Stadionunda gördünüzmü?
Deməli, Qurban Qurbanovun da istefaya çağırılması, hər hansı ürək yanğısından deyil, sırf məqsədi həyata keçirmək üçün atılan addımdır.
Qurban Qurbanov hələ çox işləməli və Azərbaycan futboluna xeyir verməldir. Onun həm futbolçu, həm də məşqçi kimi fəaliyyəti faydalı bir insan olduğunu göstərir.
P.S. Azərbaycanda o qədər istefaya çağırılmalı adam var ki. Görünür, bizim də işimiz işləyib danışmayanladır, işləməyib danışanla deyil.
Elgiz Abbasov, "Çempion" qəzeti