SƏTTAR ƏLİYEV: " FUTBOLUMUZUN GƏLƏCƏYİ PARLAQDIR"

single-news
5 Yan 2005

SƏTTAR ƏLİYEV: " FUTBOLUMUZUN GƏLƏCƏYİ PARLAQDIR"



1.Futbola necə gəldiniz, ilk addımlarınız... - Hələ 11-12 yaşım olanda doğma meydançamızda – “İmarət”də “Qarabağ”ın keçirdiyi oyunlara böyük maraqla baxırdım. 1984-cü ildən Ramiz Şahməmmədovun rəhbərliyi altında o vaxtkı “Şəfəq” (indiki “Qarabağ”) komandasında məşqlərə başladım. 2.Əgər tale sizi futbola gətirməsəydi, hansı sənəti seçərdiniz? - O haqda fikirləşməmişəm. Çünki, özümü başa düşəndən futbol oynayıram. Özümü futboldan kənar təsəvvür etmirəm. 3.Futbolçu olmanızda kimə borclusunuz? - Yaşar Hüseynov və Gülağa Məmmədova. Çünki onlar mənim futbolçu kimi yetişməyimdə çox kömək ediblər. 4.İlk oyununuzu xatırlayırsınızmı? - Yadımdadır, çox həyəcanlı idim. Əli-Bayramlının “Energetika” komandasına qarşı ilk oyuna çıxdım. 5. Ən uğurlu oyununuz hansı olub? - İntertotoda Azərbaycan tarixində mərhələ keçdiyimiz oyun. İsrailin “Makkabi” komandasını məğlub edə bildik. 6. Ötənləri fikirləşəndə ilk olaraq nəyi xatırlayırsınız? - Fikirləşirəm ki, cavan olaydın, yenidən futbol oynayardım... 7.Məşqçi işləməyi sizə kim təklif elədi? - Əmrah bəy. Futboldan ayrılmaq istəyirdim. Vida matçımı fikirləşirdim. “Qarabağ”da çəkdiyim zəhməti qiymətləndirən klub rəhbərliyi bu vəzifəni mənə təklif etdi, mən də buna etiraz edə bilməzdim. 8. Tahir bəy Ağdamda sizi baş məşqçinin 1-ci müavini elan edəndə keçirdiyiniz hissləri bizlə də bölüşün... - Həqiqətən gözləmirdim. Özü də Ağdamda. Böyük müjdə idi. El- obamın qarşısında zəhmətim qiymətləndirildi. Ona görə Tahir bəyə dərin təşəkkürümü bildirirəm. 9. İşinizdən razısınızmı? - Nəinki razıyam, işimi sevirəm. İşimin öhdəsindən layiqincə gəlmək üçün gecə- gündüzümü də qurban verməyə hazıram. 10.Çempionatımızın səviyyəsindən razısınızmı? - Keçən illə bu ili heç müqayisə etməyə dəyməz. Səviyyə çox qalxıb. İldən- ilə də qalxacağına inanıram. 11. Azərbaycan futbolunun gələcəyini necə görürsünüz.? - Qısa desək : Parlaq.

Paylaş