"Sevilya" - "Qarabağ" matçının biletləri noyabrın 26-dan satışda

21 Noy 2019
"Sevilya" - "Qarabağ" matçının biletləri noyabrın 26-dan satışda
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ımız İspaniyada "Sevilya"nın qonağı olacaq.
"Qarabağ"ımız üçün ayrılmış biletlər noyabrın 26-da satışa çıxarılacaq. Oyunu izləmək istəyən azarkeşlərimiz stadionun kassalarından biletləri ala bilər. Azarkeşlərimiz üçün S38 sektoru ayrılıb. Bir biletin qiyməti 35 avrodur.
"Ramon Sançes Pisxuan"da keçiriləcək qarşılaşma noyabrın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.