"Sevilya" - "Qarabağ"ımız: Son məşq və mətbuat konfransı

26 Noy 2019
"Sevilya" - "Qarabağ"ımız: Son məşq və mətbuat konfransı
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda baş tutacaq “Sevilya” (İspaniya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşqi və baş məşqçimizin mətbuat konfransının vaxtı müəyyənləşib. Komandamızın baş məşqçisi Qurban Qurbanov noyabrın 27-si saat 18:40-da (Bakı vaxtı ilə 21:40) matçın keçirləcəyi "Ramon Sançes Pisxuan" stadionunda media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:00-da (Bakı vaxtı ilə 22:00) baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat üçün açıq olacaq.
“Sevilya” - “Qarabağ” matçı noyabrın 28-dən 29-na keçən gecə saat 00:00-da start götürəcək.