“SEVİLYA” TƏKRARLADI
“SEVİLYA” TƏKRARLADI
Qlazqonun “Hayden Park” stadionunda keçirilən final matçı dramatik hadisələrlə yadda qalıb. Həlledici məqamda üz-üzə gələn “Sevilya” və “Espanyol” 120 dəqiqə sonunda qələbə qazana bilməməsi penaltilərə gətirib çıxardı. ..
Oyun kubok son sahibi üçün yaxşı başladı. 18-cı dəqiqədə Palop hüçumu qarşılayaraq Adrianoya əla ötürmə verdi. Braziliyalı isə bir rəqibindən sıyrılaraq hesabı açdı. Lakin “Sevilya”nın sevinci cəmi 10 dəqiqə sürdü. Riera eyni gözəlliklə Alvesi aldadaraq, hesabı bərabərləşdirdi. Geridə qalan dəqiqələrdə ən yadda qalan epizodda Rieranın zərbəsi dirəkdən döndü. Matçda digər yadda qaln epizod 79-cu dəqiqədə yaşandı. İsveçrəli hakim Masimmo Buzakka Urtadoya 2-sarı vərəqini göstərərək meydandan qovdu. Azlıqda qaln “Espanyol” əsas vaxtda rəqibin hücumlarına dözsədə əlavə olunmuş ilk 15 dəqiqənin Kanutun qoluna əngəl ola bilmədi. Hər kəs artıq görüşün taleyinin həll olunduğunu düşünsədə “Espanyol” əzmkarlıq göstərərk hesabı bərabərləşdirə bildi. Lakin penalti seriyalarında “Sevilya”nın kiperi 3 zərbəni dəf edərək komandasına kubok gətirdi. Ümumiyyətlə, cari kuboku Palopun adına da yazmaqolar. Finalda göstərdiyi qəhrəmanlıqlardan başqa “Valensiya”nın sabiq qapıçısı 18 finalda “Şaxtyor”un qapısına son saniyədə vurduğu qolla komandasını növbəti mərhələyə daşımışdı.
Beləlklə, “Sevilya” ardıcıl iki il UEFA kubokunu qazanmaqla sadəcə “Real”ın 1985-86 –ci illərdə bacardığı nailiyyəti təkrarladı.