"SEVİLYA" VİERİ İLƏ MARAQLANIR

single-news
4 İyl 2005

"SEVİLYA" VİERİ İLƏ MARAQLANIR



Daha bir klub Vierini öz sıralarında görmək istədiyini bildirib. Bu İspaniyanın "Sevilya" Futbol Klubudur. Xatırladaq ki, "İnter"lə kontraktın qüvvədən düşməsindən sonra futbolçunun agenti yeni klub axtarışındadır. Son dövrlərdə "Real" Madrid, "Yuventus", "Milan" və "Tottenhem" Klubları futbolçuya maraq göstərmişlər. Lakin "Sevilya"ya qədər "Tottenhem"in şərtləri daha real görünürdü. "Sevilya" isə daha ciddi şərtlər irəli sürüb. İspan Klubundan Baptistanın "Mançester Yunayted"ə və ya "Arsenal"a mümkün keçidi hücumçu çatışmamazlığına səbəb ola bilər. Bu səbəbdən Vieri ilə yanaşı "Sevilya" Luis Fabianla da danışıqları intensivləşdirib. Vierini almaq istəyən "Atletiko" isə bu istəyindən deyəsən əl çəkib. Belə ki, onlar artıq Matiey Kejman və Maksi Rodriqeslə müqavilə imzalayıblar.

Paylaş