SEVİNCİ KƏDƏRLƏ NƏTİCƏLƏNDİ...

single-news
10 Sen 2008

SEVİNCİ KƏDƏRLƏ NƏTİCƏLƏNDİ...



“Los Anceles Qalaksi” – “Real Solt Leyk” qarşılaşmasında futbol tarixinda hələ uzun müddət özündən söz etdirəcək bir hadisə yaşandı. Belə ki, qarşılaşmanın 5-ci dəqiqəsində argentinalı futbolçu Fabian Espindola hesabı açmağa müvəffəq oldu. Topu tora göndərdikdən sonra öz sevincini ifadə etmək üçün meydanda salto vuran oyunçu ayaqlarını yerə basarkən ayağında bir ağrı hiss etdi. Həkimlərin müdaxiləsindən sonra aydın oldu ki, Fabionun ayağı sınıb və o 6 həftə yaşıl meydanlardan uzaq qalmalı olacaq. Növbəti bəd xəbər isə oyunun hakimindən gəldi. O qolun ofsayt vəziyyətindən vurulduğunu söyləyərək hesaba alınmadığını bildirdi.Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatdı.
Futbolçu isə bu olayla əlaqədar bunları söylədi: “Başıma gələnlərə inana bilmirəm və həqiqətən çox utanıram. Bir də heç bir vurduğum qola bu qədər sevinməyəcəm. Əvvəllər meydanda minlərlə dəfə salto vurmuşdum amma nəticənin belə olacağını bilsəydim heç vaxt bunu etməzdim”.


 

Paylaş

// pop up