Siftə `19`-lardan gəldi: 4 - 0!

24 Apr 2013
Siftə `19`-lardan gəldi: 4 - 0!
`Qarabağ`ımızın 19 yaşlılardan ibarət komandası bugün çempionatın yarımfinalın ilk görüşündə `Neftçi`ylə qarşılaşıb. Elşad Xudadatovun yetirmələri ilk görüşdə böyük hesablı qələbə qazanaraq demək olar ki, finala vəsiqəni təmin edib. Siyamək Məmişovun vurduğu qolla komandamız ilk yarını öndə bitirib.
İkinci hissədə isə komandamız daha amansız olub. Vüqar Mövlamov dublu, Tural Rzayevin 1 qoluyla komandamız hesabı 4:0-a çatdırıb. Elə bu hesabla qələbə qazanan yeniyetmələrimiz cavab oyunundan öncə böyük üstünlük qazanıb.
Davamı isə 21:00-da..