`Simurq` - `Qarabağ`. 0:0
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5700.jpg)
`Simurq` - `Qarabağ`. 0:0
`QARABAĞ`: Miro Varvodiç, Qara Qarayev, Maksim Medvedev, Namiq Yusifov, Muarem Muarem, Rauf Əliyev, Rəşad Sadıqov, Vüqar Nadirov, Ansi Aqolli, Admir Teli, Riçard Almeyda
1`- `Qarabağ` oyuna başladı
4`- Künc zərbəsindən sonra rəqib qapısında təhlükə yaransa da, `Simurq` təhlükəni uzaqlaşdırır
5`- Admir Telinin Vüqara ötürməsi... Vüqarın sağ cinahdan qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir
8`- Komandamız bu dəqiqələrdə topa daha çox nəzarət edir
11`- `Qarabağ` hücumu... Vüqarın sağ cinahdan yerle qapıya doğru zərbəsi, lakin top qapıçıda qalır
13`- Daha bir hücum... Lakin Muaremin qapıya doğru zərbəsi zəif olur
15`- İlk dəqiqələr hələki komandamızın ərazi üstünlüyü ilə keçib
20`- Oyunu tempi bir qədər aşağı düşüb
21`- `Qarabağ` hücumu...Vüqarın asması...lakin nəticəsizdir
23`- Rauf və Qara ilə ardıcıl həmlələrimiz... lakin nəticəsizdir
25`- Maksimin möhtəşəm ötürməsi...lakin Vüqarın aşırma zərbəsi qapıdan yan keçir
26`- Vüqar daha bir həmləsi qeyri dəqiq olur
27`- Rauf qol vursa da, hakim ofsayt qərarı verir
30`- Oyun komandamızın ərazi üstünlüyü ilə keçsə də, hələki qol yoxdur
32`- Növbəti hücumumuz... Ansi Aqollinin sol cinahdan asmasına Raufdan daha tez qapıçı çatır
36`- Muarem qapıçı ilə təkbətək qalsa da, qapıçı zərbəni dəf edə bilir
40`- Komandamız ərazi üstünlüyünü ələ keçirib, ardıcıl həmlələr etsə də, hələki qol vura bilmirik
42`- Oyunda ilk sarı vərəqəni `Simurq`un kapitanı alır
45`- İlk hissə 0-0 hesabı ilə bitir
46`- İkinci hissə başlayır
50`- `Qarabağ` top nəzarəti əlində saxlayır
52`- Rauf cərimə meydançasına daxil olsa da, son anda qapıya zərbə endirə bilmir
54`- Daha bir hücum... Telinin başla qapıya doğru zərbəsi... lakin top qapının üstündən keçir
56`- Növbəti hücum..Rauf cərimə meydançasına daxil olaraq yerlə ötürmə etməyə çalışsa da, son anda müdafiəçilər topu uzaqlaşdırırlar
59`- Daha bir təhlükəli hücum...Muarremin qapıya doğru zərbəsi, lakin bu da nəticəsizdir
61`- `Simurq`da ilk oyunçu dəyişikliyi..
63`- Muarem sarı vərəqə alır
65`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi.. Vüqarı Vaqif əvəzləyir
72`- Komandamızın hücumu...Vaqif cərimə meydançasına daxil olur,lakin onun qapıya doğru zərbəsi qeyri dəqiq olur
74`- Daha bir hücum... Raufun qapıya doğru zərbəsi...lakin top müdafiədən dönür
78`- Telinin daha bir başla qapıya zərbəsi...Lakin top bu dəfə də qapıdan yan keçir
80`- Bu dəqiqələrdə meydanda sürətli oyun gedir
84`- `Qarabağ`da oyunçu dəyişikliyi..Mostafa oyuna daxil olur
87`- Növbəti təhlükəli hücum... Riçard qapıçı ilə təkbətək qalsa da qapıçı son anda topu dəf edir
88`- `Simurq`un qapıçısı Riçardın daha bir təhlükəli zərbəsinə möhtəşəm reaksiya göstərir
90`- Oyunun sonuna 3 dəqiqə əlavə olunur
90+3`- Oyun 0-0 hesabı ilə bitir