`Simurq` - `Qarabağ`. 0:1. Davam edirik
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Simurq` - `Qarabağ`. 0:1. Davam edirik
`SİMURQ`: Adnan Hodziç, İlkin Qırtımov, Rasim Ramaldanov, Vidas Alunderis, Aleksandr Şemonayev, Mikayıl Rəhimov, Yevgeni Şmakov, Vasili Yanotovskiy, Qərib İbrahimov, Andreys Rubins, Kristaps Qrebis
Baş məşqçi: Sergey Yuran
`QARABAĞ`: Boyan Pavloviç, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Rəşad Sadıqov, Ansi Aqolli, Admir Teli, Adamiya, Əfran İsmaylov, Roşa, Rauf Əliyev
Baş məşqçi: Qurban Qurbanov
1`- `Simurq` oyuna başladı
3`- İlk hücum `Qarabağ`dan… Əfranın qapıya doğru zərbsi dəqiq olmur
5`- `Qarabağ` ərazi üstünlüyünü ələ keçirməyə çalışır
7`- Roşa zədələnir və ona tibbi yardım göstərilir
9`- İlk künc zərbəsini `Qarabağ` yerinə yetirir, lakin nəticəsizdi
11`- Oyun hələki kəşfiyyat xarakteri daşıyır
17`- Əfran sürətlə irəliləyir, lakin ofsayt qeydə alınır
21`- `Simurq` hücumu… Mikayıl Rəhimovun zərbəsi qapının yanından keçir
22`- `Simurq`dan Vidas Alunderis sarı vərəqə alır
27`- Mikayıl Rəhimovun zərbəsi qapıdan aralı keçir
29`- `Qarabağ` hücumu… Əfranın qapıya doğru təhlükəli zərbəsi… lakin qapıçı zədələnmək bahasına topu dəf edir
32`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə, lakin qapıçı topu dəf edir
34`- Əfrandan qapıya daha bir zərbə, lakin qapıçı bu dəfə də topu uzaqlaşdıra bilir
35`- `Qarabağ` ərazi üstünlüyünü ələ keçirb
38`- Ansi Aqollinin qapı qarşısında ötürməsi, lakin Rauf 3 metrdən qapıya yaxın düşə bilmir
41`- Oyunun tempi bir qədər aşağı düşüb
44`- İlk hissəyə 1 dəqiqə əlavə olunur
45+1`- İlk hissə bitir. Hesab 0:0
46`- İkinci hissə başlayır
48`- Əfranın sol cinahdan qapı qarşısına ötürməsi.. lakin topa heç kim çatmır
53`- `Simurq`da ilk oyunçu dəyişikliyi… Tofiq Mikayılov Andrey Rubinsi əvəzləyir
56`- `Qarabağ` hücumu… Ansi Aqollinin sağ cinahdan ötürməsi qapıçıda qalır
58`- Daha bir hücum… Əfranın qapıya doğru zərbəsi, top qapıdan aralı keçir
60`- Aqollinin sol cinahdan Raufa ötürməsi… Rauf topu tora göndərir. QOOOL! Hesab açılır 1:0
61`- Rauf Əliyev sarı vərəqə alır
65`- `Simurq` hücumu… Yevgeni Şmakovun zərbəsi qapıdan aralı keçir
68`- Hər iki komanda hücum qursa da, nəticəsizdi
71`- Rauf Əliyev zədələnir və onu Bəxtiyar Soltanov əvəzləyir
75`- Maksim sarı vərəqə alır
78`- `Qarabağ`da oyunçu dəyişikliyi… Adamiyanı İlqar Qurbanov əvəzləyir
80`- Oyunun tempi aşağı düşüb
85`- `Qarabağ`da oyunçu dəyişikliyi… Roşanı Tural İsgəndərov əvəzləyir
88`- `Simurq` təzyiqi artırmağa çalışır
89`- Oyuna 3 dəqiqə əlavə olunur
90+3`- Oyun bitir
Oyunda vurulan yeganə qol CANLI QOLLAR bölümündə...