`Simurq`la `Turan` 2000 manat cəzalandı

single-news
10 Mar 2009

`Simurq`la `Turan` 2000 manat cəzalandı



Bölgə klubları azarkeşlərin qurbanı oldu

AFFA İNtizam Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri Premyer-Liqa və əvəzedicilərin çempionatında 17-ci, birinci divizionda isə 18-ci turun oyunları zamanı baş verən bəzi xoşagəlməz olaylara hüquni qiymət verib.
Komitə "Simurq"la "Turan"ı 2000 manat cərimələyib. Buna səbəb adıçəkilən komandaların doğma meydanda "Neftçi" və MOİK-ə qarşı keçirdikləri oyun zamanı meydançaya yad əşyaların atılması olub.
"Bakı"nın oyunçusu Stanislav Bacevin "Qarabağ"la oyunda qırmızı vərəqə aldığından klubu 200 manat cərimələnib, özü isə bir oyunluq disfikilasiya olunub. "Simurq" 7, "İnter" 5, "Neftçi" və "Qarabağ" isə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə edilib.
Əvəzedicilərin çempionatında yalnız "Turan-2" 500 manat cərimə ödəməli olacaq. Buna səbəb tovuzluların 5 futbolçusunun sarı vərəqə alması olub.
Birinci divizionun 18-ci turunun "Energetik" - ABN matçında qonaqların oyunçusu Rahib Nəcəfov əlavə vaxtda meydandan qovulduğu üçün 1 oyunluq cəzalanıb. Klubu isə 20 manat cərimə edilib. "Enegetik" baş məşqçisi Sahib Qocayev isə hakimi təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılıb və 400 manat cərimə olunub.
"Qafqaz Universiteti" 4 futbolçusu sarı vərəqə aldığından, "Anşad-Petrol" isə matçın video yazısını təmin etmədiyindən 100 manat cərimə edilib.
Ümumilikdə İK klubları 9320 manat cərimə edib.

Paylaş

// pop up