Sinqapurla bərabərlik
Sinqapurla bərabərlik
Fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası ilk yoxlama matçına çıxıb.
Berti Foqtsun komandası Sinqapur yığması ilə bərabərə qalıb: 2:2
2012-ci ildə ilk matçına çıxacaq millimiz bu oyunun favoriti hesab olunurdu.
Yığmamızın FİFA-nın reytinq siyahısında 147-ci pillədə qərarlaşan Sinqapur millisi ilə görüşdə sonuncu dəqiqələrdə buraxdığı qolla meydandan bərabərliklə ayrıldı.
Qeyd edək ki, millimiz fevralın 27-də Hindistan, fevralın 29-da Fələstin yığmalarıyla da yoldaşlıq oyunu keçirəcək.
24 fevral
Yoxlama görüşü
17:30. Azərbaycan - Sinqapur - 2:2
Qollar: Rauf Əliyev, 15 (1:0) Mahir Şükürov, 61 (2:0) İşak, 72 (2:1, pen.)
Faxrudi, 90+3 (2:2)
Baş hakim: Fahed Əlksur
Baş hakimin köməkçiləri: Həsən Suqrəti, Yasem Əlali
Dördüncü hakim: İbrahim Məhari
Millimizin start heyəti: 23. Andrey Popoviç, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov (Murad Ağayev, 46), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k) (Ruslan Abışov, 46), 18. Rizvan Umarov, 19. Rahid Əmirquliyev, 20. Ufuq Budak, 21. Volodimir Levin, 22. Əfran İsmayılov (Branimir Subaşiç, 81), 26. Vüqar Əsgərov (Vüqar Nadirov, 61)
