Sivas İcra Hakimi "Qarabağ"ımızı ziyarət etdi FOTOLAR

5 Noy 2020
Sivas İcra Hakimi "Qarabağ"ımızı ziyarət etdi FOTOLAR
Bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ımız səfərdə "Sivasspor"un qonağı olacaq. Oyundan öncə Sivas şəhərinin icra hakimi Salih Ayhan və şəhərin digər rəsmiləri klubumuzun qaldığı otelə gəlib. Klubumuzun direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər idari heyət qonaqları qarşılayıb. Qonaqlara xatirə olaraq "Qarabağ" forması hədiyyə olunub. Salih Ayhan klubumuzun direktoru Emrah Çelikel və komandamızın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və "Qarabağ"ı Sivasda görməkdən qürur duyduğunu bildirib.