"Sivasspor" - "Qarabağ"ımız 2:0

5 Noy 2020
"Sivasspor" - "Qarabağ"ımız 2:0
Avropa Liqanın qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da bu gün növbəti matçına çıxıb. Ağdam klubu Türkiyə səfərində "Sivasspor"un qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda "Vilyarreal" (İspaniya) Təl-Əviv "Makkabi"sini 4:0 hesabı ilə məğlub edib.
5 noyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
I qrupu
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qol: Caner Osmanpaşa, 10, Kayode, 88
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. “Yeni 4 Eylül” stadionu