"SİVASSPOR"UN HEGEMONLUĞUNA SON
"SİVASSPOR"UN HEGEMONLUĞUNA SON
Superliqanın 20-ci turunda lider "Sivasspor"la Türkiyənin sonuncu çempionu "Fənərbağça" üz-üzə gəldi. Lakin "igidlər" doğma meydanlarında "Fənər"ə müqavimət göstərə bilmədilər. Bundan yararlanan "Qalatasaray" səfərdə "Ankaragücü"nü böyük hesabla məğlub edərək,liderliyi ələ keçirdi. Ötən mövsümdə "Vestel Manisaspor"un uğurlu çıxışına son qoyan "Fənərbağça" eyni acını "Sivasspor"a da yaşatdı. Bu tura qədər liderliyi qotuyan "igid"lərin hegemonluğuna "sarı-lacivərdlilər" böyük hesablı qələbə ilə son qoydular. Hesabı ilk olaraq "fənər"lilər açdılar. 28-ci dəqiqədə Aleks "Sivasspor"un qapıçısını məyus etdi. Daha sonra, yəni 39-cu dəqiqədə Semih fərqləndi və hesab arasındakı fərqi artırdı. 58-ci dəqiqədə Musa Aydın vurulan toplardan birinin əvəzini çıxdı. Amma "Fənərbağça" bununla da yetinməyərək "Sivasspor"u daha iki dəfə oyuna mərkəzdən başlamağa məcbur etdi. Hər iki qolun müəllifi Kejman oldu.