Skandinaviyada “Qarabağ” fırtınası kəsmək bilmir ( 2009-07-31 )
1 Avq 2009
Skandinaviyada “Qarabağ” fırtınası kəsmək bilmir ( 2009-07-31 )
Honka 0
Qarabağ 1
Qol: E. Məmmədov, 70
“Honka” (Finlandiya): 12. Yanne Henriksson, 2. Sampo Koskinen (H. Aalto, 62), 6. Hermani Vuorinen, 10. Yami Pustinen (J. Simpanen, 78), 11. Hannu Harala, 13. Ville Koskimaa (R. Heilala, 73), 14. Yussi Vasara, 17. Demba Sevec, 19. Rami Hakanpa, 21. Coel Perovuo, 26. Yakko Lepola
Baş məşqçi: Mika Lekosuo
”Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Elnur Allahverdiyev, 5. Maksim Medvedyev (Z. Həşimov, 67), 6. Rəşad Sadiqov, 8. Aslan Kərimov (N. Yusfov, 76), 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev (Ə. İsmayılov, 86), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 20. Vaqif Cavadov, 24. Admir Teli
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Albert Tussen, Fransua Manjan, Antonio De Karolis, Sven Bindels (hamısı Lüksemburq)
Hakim-inspektor: Luçiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Qabriel Vays (Slovakiya)
Helsinki. “Finnair” stadionu, 4000 tamaşaçı. 30 iyul.
“Qarabağ”, “Qarabağ”, “Qarabağ”... Son iki həftədə futbol meydançalarında qeydə alınan nəticələrdən sonra bu ad bütün Skandinaviya xalqının beyninə həkk olub. Zarafat deyil, “Rusenborq” kimi Norveç nəhənginin ardınca daha bir skandinav klubuna qalib gəlmək əsl möcüzədir. ölkəmizi Avropa Liqasında inamla təmsil edən “Qarabağ” dünən bir daha dünyaya varlığını hiss etdirdi. Turnirin üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Honka” klubunu “ağlar qoyan” “Qarabağ”ımız daha bir tarixi uğura imza atdı. Bu qələbə ilə Ağdam klubu “Rusenborq” üzərindəki qələbənin təsadüf olmadığını bütün dünyaya sübut etmiş oldu. Matçın şərhinə keçməmişdən əvvəl oyunla bağlı bir neçə maraqlı məqamı diqqətinizə çatdırmaq istərdim. Maraqlıdır ki, bizimlə müqayisədə Finlandiyada “Honka” - “Qarabağ” görüşünə o qədər də maraq yox idi. Təsadüfi deyil ki, oyunu seyr etmək üçün stadiona təxminən 4000 azarkeş toplaşmışdı. Bundan əlavə, qarşılaşma heç bir finland kanalı tərəfindən canlı yayımlanmırdı. Qismən mətbuat “Honka” - “Qarabağ” görüşünə maraq göstərirdi. Belə ki, oyun öncəsi Finlandiya qəzetlərinin üz səhifəsini “Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyevin şəkilləri bəzəmişdi. Bu da səbəbsiz deyildi. Təxminən iki il öncə yığmamızın Bakıda Finlandiyanı 1:0 hesabı ilə məğlub etdiyi matçda Emin İmaməliyevin vurduğu qol finlandları “həyəcan təbili çalmağa” məcbur etmişdi. Skandinavlar İmaməliyevin təhlükəli futbolçu olduğunu vurğulayaraq bəstəboy yarımmüdafiəçinin “Honka”ya da problemli anlar yaşada biləcəyini vurğulamışdılar. Oyuna gəlincə, ilk hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Matça “Qarabağ” fəal başladı. Görüşün 1-ci dəqiqəsində Vaqif Cavadovun cərimə zərbəsindən vurduğu top qapıdan aralı keçdi. Ev sahiblərinin cavab hücumu 15 dəqiqə sonra gəldi. “Honka”nın yerinə yetirdiyi cərimə zərbəsi çox təhlükəli alınsa da, Fərhad Vəliyev gözəl oyunu ilə komandamızı qoldan xilas etdi. Az sonra “Honka”nın yerinə yetirdiyi künc zərbəsi təhlükəli oldı. Ancaq Rəşad Sadıqov vaxtında müdaxilə edərək təhlükənin böyüməsinə imkan vermədi. Ardınca “Qarabağ” rəqibini əks-hücumda yaxalaya bilərdi. Lakin Vaqif Cavadovun qeyri-dəqiq ötürməsi Ağdam klubunun hücumunu yarımçıq qoydu. Matçın 35-ci dəqiqəsində “Qarabağ” real qol şansını boşa verdi. Maksim Medvedyevin təhlükəli zərbəsi qapının azca üstündən keçdi. Bundan dərhal sonra “Honka” hesabı açmağa yaxın oldu. Sevecin ötürməsindən sonra Pustinen yaxın məsafədən qapıya zərbə vursa da, hədəfdən yayındı. Nəticədə ilk hissədə hesab açılmadı. Fasilədən dərhal sonra az qala finlandlar hesabda önə keçəcəkdilər. Belə ki, Fərhad Vəliyev təhlükəni sovuşdurarkən top “Honka”nın oyunçusuna dəyərək qapıya istiqamətləndi. Fərhad son anda səhvini düzəldərək “Qarabağ”ı qoldan xilas etdi. Ağdam klubunun cavab hücumu da təhlükəli alındı. Ancaq rəqibin qapıçısı çevik davranaraq topun Elvin Məmmədova çatmasına imkan vermədi. Oyunun 66-cı dəqiqəsində “Qarabağ” növbəti dəfə real qol şansından istifadə edə bilmədi. Elvin Vüqarı qapıçı ilə təkbətək çıxartsa da, Nadirov topu tora qovuşdurmağı bacarmadı. Buna baxmayaraq, cəmi 4 dəqiqə sonra “Qarabağ” istəyinə çatdı. Elvin Məmmədov rəqibin cərimə meydançası kənarından dəqiq zərbə ilə topu qapının uzaq küncünə göndərdi. Bu qol komandamıza azarkeşlik edən azsaylı azəri və türk vətəndaşlarının hədsiz sevincinə səbəb oldu. Hesab açıldıqdan sonra matçda üstünlük tamamilə “Qarabağ”ın tərəfinə keçdi. Hücuma atılan Ağdam klubu Rəşad Sadiqovla qola yaxın olsa da, yarımmüdafiəçinin zərbəsi qapının üstündən keçdi. Ardınca İmaməliyevin zərbəsi zamanı az qala Hakanpa topu öz qapısına göndərəcəkdi. Son anda qolkiper hesabın “Honka” üçün kritik həddə çatmasına mane oldu. Ard-arda hücumlar quran “Qarabağ” matçın sonlarında ikinci qolu vurmaq üçün əlverişli vəziyyət yaratdı. Ancaq Vüqar Nadirovun ötürməsini oyuna sonradan daxil olan Əfran İsmayılov dəqiq tamamlaya bilmədi. Buna baxmayaraq Qurban Qurbanovun komandası hesabdakı üstünlüyünü sonadək qoruyub saxlaya bildi. Referinin final fiti “Qarabağ”ın daha bir tarixi zəfərini rəsmiləşdirdi. Bu qələbə sayəsində Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni böyük ölçüdə həll etmiş oldu.
Qurban Qurbanov: “Bugünkü matçda minimum vəzifəmiz qol buraxmamaq idi. Müdafiədə yaxşı oynamaqla rəqibin hücumlarını zərərsizləşdirə bildik. Oyun əvvəldən axıra kimi bizim diktəmiz altında keçdi. Qalib gəldiyimiz üçün şadıq. Bununla belə, pley-offa vəsiqənin təmin olunduğunu deyə bilmərik. Mübarizə iki oyundan ibarətdir. Bakıdakı görüşdə diqqətli oynamalıyıq. “Honka”nın oyunçuları fiziki cəhətdən güclüdürlər. Bu mənada, cavab görüşündə əsas diqqətimizi müdafiəyə yönəltməliyik”.
Mika Lekosuo: “Məqsədimiz standart vəziyyətlərdən qol vurmaq idi. Ancaq “Qarabağ”ın müdafiəsi əla oynamaqla bu planımızı alt-üst etdi. İkinci hissədə isə ümumiyyətlə oyunumuz alınmadı. Bizdən fərqli olaraq, rəqib oyunun sonunadək inamla mübarizə apardı. Elvin Məmmədovun qolu mükəmməl idi. Uduzmağımıza rəğmən Bakıdakı cavab matçında qalib gələrək mərhələ adlamağa çalışacağıq”.