Slavçev rəsmən "Qarabağ"ımızda !

single-news
5 İyl 2018

Slavçev rəsmən "Qarabağ"ımızda !



2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ”ımız beşinci transferini rəsmiləşdirib.

Komandamız Portuqaliyanın "Sportinq" klubundan Bolqarıstan yığmasının üzvü Simeon Slavçevi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalayıb. Slavçev artıq komandamızın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə  ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır. 

Paylaş

QARABAĞI UNUTMA!