Sloveniyali yarımmüdafiəçi...

single-news
14 Yan 2010

Sloveniyali yarımmüdafiəçi...



`Qarabağ` Futbol komandası Antalyada təlim məşq toplanışını davam etdirir. Günün ilk məşqində sprint, zaman kəsikləri arasında qaçışa üstünlük verildi. Futbolçulardan Elvin Məmmədov və Tural İsgəndərov komandadan ayrı məşq etdisə, Vüqar Nadirovun da əməliyyat sonrası qaçışa başlaması sevindirici oldu.

Klubun düşərgəsinə daha bir futbolçu dəvət edildi. Əslən Sloveniyali olan 25 yaşlı bu futbolçunun ampluası sol yarımmüdafiəçidir.

BORUT SEMLER
Doğum tarixi:25.02.1985
Boyu: 170 sm
Çəkisi: 66 kg
İlk professional müqaviləsini 2002cü ildə Almaniyanın `Bayer` klubunun əvəzediçi komandası ilə bağlayan Borut,4 mövsüm ərzində 48 oyun keçirmiş, yarımmüdafiəçi olmasına baxmayaraq 10 qol vurmuşdur. 2006-07 mövsümünün ikinci dövrəsində Xorvatiyanın `Varteks` Klubuna transfer olunan futbolçu iki il sonra daha güclü `Domzale` komandasına keçmiş, bu klubla Çempionlar Liqasında da matçlarda iştirak etmişdir. Bu dönəm futbolçunun Sloveniya millisinə dəvət edilməsi ilə də yadda qalmışdır. Futbolçu son 1 ili Sloveniyanın `Drava` komandasında keçirmişdir.  Futbolçunun Klubumuza keçib-keçməyəcəyi yaxın günlərdə bəlli olacaq. Saytımızı izləməyi unutmayın... 

Paylaş

// pop up