ŞOK: AFFA SOKOLOVU QURBAN VERIB! (FUTBOL+, 16.01.2007)

single-news
16 Yan 2007

ŞOK: AFFA SOKOLOVU QURBAN VERIB! (FUTBOL+, 16.01.2007)



Qoy federasiya bunu belə olmadığını sübut etsin Artıq içimdən gəlmir sənin üçün üzülmək, Sergey. Göz yaşı, kiminsə pis günündə ürəyinə ağrı salamaq toyda sifarişlə edilən mahnı kimi sifarişlə əmələ gəlmir. UEFA tərəfindən cəzalanacağın halda şübhə-həqiqət var olan gündən demişdim: sən yüzlərin, bəlkə də minlərin sevmədiyi milli komandanın güdazına getdin. Əslində bunu özündə bilirsən. Əslində bizim də bilmədiyimiz cox şeyi bilirsən. Amma yığmanın həkimi Ramiz Kərimov kimi gizlədirsən. Elə buna görə də adam buna görə sənin ücün daha göz yaşı tökmək istəmir. Ancaq belə olmayacaq, hər şeyi üzə çıxaran zaman sənə vurulan iynənin də “tarixçə”sini açıb ortaya qoyacaq. Artöq qoymaqdadı. Eşitdiyimizə görə, Belçikayla matçın fasiləsində ayağındakı ağrıdan əziyyət çəkən Sergeyə ağrıkəsici iynə vurulub. Və bunu da deyirlər ki, Sokolovun başına sonradan bəla açacaq iynə də həmin iynə olub. Düzdü, indiki məqamda bunu sübut etmək bəlkə də mümkün deyil. Amma UEFA-nın Sergeylə bərabər AFFA-nı da beş avro cərimələməsi çox şeydən xəbər verir. Futbolçu doğrudan da öz günahı ucbatından dopinqdə ilişibsə, onda federasiya nəyə görə cərimələnməlidi? Bu bir yana, Kərimovun Sokolov məsələsi ortaya çıxandan bəri həlləm-qəlləm açıqlaması, cəza veriləndən sonra ümumiyyətlə, yoxa çıxması da çox şey deyir. Və daha bir şübhəni həqiqətə yaxınlaşdıran məqam: yöğmanın baş məşqçisi Şahin Diniyev müsahibələrində bir neçə dəfə təkrarlayıb ki, Sergey həkimlərin səhlənkarlığı ucbatından bu vəziyyətə düşüb. Amma hansı həkimlərin? Ümumiyyətlə, həkimlərinmi? Bəlkə konkret həkim? Bir də doğrudan da hansısa xəstəxanada yanlış iynə qəbul edibsə , niyə onu bədbəxt edən həkim tapılmır, haqqında ictimaiyyətə xəbər verilmir? Yoxsa mövcudluğuna şübhə etdiyimiz həmin həkimi tapmaq müşküldü? Sokolovu bu hala salan şəxsin , həkimin adı açıqlanmalıdı. AFFA bu məsələdə suçu olmadığını sübut edə bilirsə etsin. Tapsın, hansısa xəstəxanada futbolçuya iynə vuran hansısa həkimi, çıxarsın ortaya. Əks halda bu şübhə içimizdə daha da böyüyəcək və nidaya çevriləcək: Sergey Belçikayla matçın fasiləsində vurulan iynənin qurbanı olub. Ramiz Kərimov isə onu xilas etmək istəməyib.

Paylaş

// pop up