ŞOK: `Bursaspor` çempion oldu. video

single-news
17 May 2010

ŞOK: `Bursaspor` çempion oldu. video



Türkiyə çempionatının qalibi məlum olub. Və çempion...`Bursaspor` olub. Hər nə qədər inanılmaz olsa da 26 il sonra nəhayət ki,  bir Anadolu klubu çempionluq qeyd etsə də, bu klub heç də 6 qat `Trabzonspor` olmayıb. Bəli, bəlkə türk futbol tarixinin ən böyük inqilabı gerçəkləşdi. Ortabab bursalılar 4 nəhənglə mübarizədən qalib ayrılaraq Türkiyənin 5-ci çempionu oldu.

Halbuki, son tur ərəfəsində heç də iplər Ertoğrul Sağlamın tələbələrinin əlində deyildi. `Beşiktaş`ı qəbul edən `yaşıl timsah`lar qələbə qazanmalı İstanbulda `Fənərbaxça`nın `Trabzonspor` qarşısında xal itirməsini gözləməliydi. Və hər şey buna doğru getdi. `Byrsaspor` Beşiktaş`ı 2:1 məğlub etdi, `Fənər` isə sadəcə 1 xal götürə bildi və `Bursaspor` tarix yazdı.

`Bursaspor` - `Beşiktaş` 2:1

Paylaş

// pop up