ŞOK! `Mançester Yunayted` qrupda qaldı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5489.jpg)
ŞOK! `Mançester Yunayted` qrupda qaldı
Çempionlar Liqasının qrup mərhələsinin oyunları başa çatıb.
A qrupunun lideri `Bavariya` səfərdə `Mançester Siti`nin qonağı olub. Növbəti mərhələyə çıxmaq şansını saxlayan `şəhərlilər` bu görüşdə mütləq qələbə qazanmalı idi ki, buna nail olub. Lakin `Mançester təmsilçisi növbəti mərhələyə adlaya bilməyib. Buna səbəb isə qrupun digər qarşılaşmasında isə `Vilyareal` öz meydanında `Napoli`yə məğlub olmasıdır.
Azərbaycan futbolsevərlərinin bütün diqqəti isə yenidən B qrupunda keçiriləcək oyunlara yönəlib. Burada növbəti mərhələyə çıxmaq şansını hələ də saxlayan Türkiyənin `Trabzonspor` klubu səfərdə `Lill`in qonağı olub. Bu görüşdə qazanılacaq bir xal da Türkiyə təmsilçisini qane edə bilərdi. Ancaq bunun üçün qrupun digər matçında CSKA (Moskva) `İnter`lə oyunda xal itirməli idi. Lakin Moskva təmsilçisi `Trabzonspor`un xal itkisindən maksimum yararlanaraq növbəti mərhələyə vəsiqə qazanıb.
C qrupunda qrup lideri `Benfika` öz meydanında `Otselul` (Qalats) klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Meydan sahibləri bu oyunda qələbə qazanmaqla qrup birinciliyini özləri üçün təmin ediblər. Qrupun digər matçında isə sensasiya qeydə alınıb. `Bazel` doğma azarkeşlər önündə `Mançester Yunayted`i məğlub etməklə növbəti mərhələyə yüksəlib. `Mançester Yunayted` 9 xalla qrupda qalıb.
D qrupunun ikincisi `Ayaks` isə doğma azarkeşləri qarşısında Madridin `Real` klubunu qəbul edib. Növbəti mərhələyə çıxmaq üçün Amsterdam təmsilçisini bu oyunda 1 xal da qane edirdi. Lakin `Real` rəqibinə heç bir şans verməyib. Qrupun digər matçında isə Fransa `Lion`u Zaqrebdə `Dinamo` biabır edib. 1:0 hesabı ilə geri düşən `Lion` ikinci hissədə rəqibini 7 dəfə məyus edib.
E qrupunun lideri `Bayer` (Leverkuzen) klubu səfərdə `Genk`in qonağı olub. Bu görüşdə qələbə qazanacağı təqdirdə Leverkuzen təmsilçisi qrupu 1-ci yerdə başa vuracaqdı. Lakin bu oyunda qalib müəyyənləşməyib - 1:1. Qrupun digər qarşılaşmasında isə `Çelsi` öz meydanında `Valensiya` ilə görüşüb və 3:0 hesabı ilə qələbə qazanıb.
G qrupunda isə birinci yerin sahibi bəlli olduğundan əsas mübarizə ikincilik uğrunda gedib. Ötən tur `Arsenal`a məğlub olmaqla işini çətinə salan `Borussiya` (Dortmund) evdə `Marsel`lə qarşılaşıb. Meydan sahibləri 2:0 irəli olsalar da, qonaqlar son dəqiqələrdə 2 qol vurmaqla qələbə qazanıblar 3:2. Qrupun digər matçında isə `Olimpiakos` doğma azarkeşləri önündə lider `Arsenal`ı qəbul edib və oyundan qalib ayrılıb - 3:1.
F qrupunda isə bütün diqqətlər Portuqaliyaya yönəlib. Burada qrup birinciliyini təmin edən APOEL-dən fərqli olaraq `Porto` və `Zenit` klubları ikincilik uğrunda mübarizə aparıb. Bu görüşdə qazanılacaq heç-heçə Peterburq təmsilçisini qane edəcəkdi ki, buna da nail olunub. APOEL isə son turda öz meydanında `Şaxtyor` (Donetsk) klubunu qəbul edib və 0:2 hesabı ilə məğlub olub.
H qrupunda baş tutacaq oyunlar isə formal xarakter daşıyıb. Artıq qrup liderliyini təmin etmiş `Barselona` öz meydanında BATE-ni sınağa çəkib və rəqibini 4 cavabsız qolla darmadağın edib. Qrup ikincisi `Milan` isə `Viktoriya` (Plzen) klubu ilə qarşılaşıb. Qonaqlar 2:0 hesabı ilə irəlidə olmalarına baxmayaraq, son dəqiqələrdə 2 top buraxmaqla oyundan 1 xalla ayrılıblar - 2:2.
7 dekabr
Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları
A qrupu
23:45. `Mançester Siti` (İngiltərə) - `Bavariya` (Almaniya) - 2:0
Qollar: Silva, 36 (1:0), Ture, 52 (2:0)
23:45. `Vilyareal` (İspaniya) – `Napoli` (İtaliya) - 0:2
Qollar: İnler, 65 (0:1), Hamşik, 76 (0:2)
S Komandalar O Q H M Xal
1. `Bavariya` 6 4 1 1 13
2. `Napoli` 6 3 2 1 11
3. `Mançester Siti` 6 3 1 2 10
4. `Vilyareal` 6 0 0 6 0
B qrupu
23:45. `İnter` (İtaliya) - CSKA (Moskva, Rusiya) - 1:2
Qollar: Dumbiya, 50 (0:1), Kambiasso, 51 (1:1), Berezutski, 87 (1:2)
23:45. `Lill` (Fransa) – `Trabzonspor` (Türkiyə) - 0:0
S Komandalar O Q H M Xal
1. `İnter` 6 3 1 2 10
2. CSKA (Moskva) 6 2 2 2 8
3. `Trabzonspor` 6 1 4 1 7
4. `Lill` 6 1 3 2 6
C qrupu
23:45. `Bazel` (İsveçrə) - `Mançester Yunayted` (İngiltərə) - 2:1
Qollar: Streller, 9 (1:0), Fray, 84 (2:0), Cons, 89 (2:1)
23:45. `Benfika` (Portuqaliya) - `Otselul` (Rumıniya) - 1:0
Qol: Kardozo, 7 (1:0)
S Komandalar O Q H M Xal
1. `Benfika` 6 3 3 0 12
2. `Bazel` 6 3 3 0 11
3. `Mançester Yunayted` 6 2 3 1 9
4. `Otselul` (Qalats) 6 0 0 6 0
D qrupu
23:45. `Ayaks` (Hollandiya) - `Real` (Madrid,İspaniya) - 0:3
Qollar: Kallehon, 14 (0:1), 90 (0:3), İquain, 42 (0:2)
23:45. `Dinamo` (Zaqreb, Xorvatiya) – `Lion` (Fransa) - 1:7
Qollar: Kovaçiç, 40 (1:0), Qomis, 45 (1:1), 48 (1:2), 52 (1:4), 70 (1:6), Qonalons, 48 (1:3), Lopez, 64 (1:5), Briand, 76 (1:7)
S Komandalar O Q H M Xal
1. `Real` (Madrid) 6 6 0 0 18
2. `Lion` 6 2 2 2 8
3. `Ayaks` 6 2 2 2 8
4. `Dinamo` (Zaqreb) 6 0 0 6 0
E qrupu
23:45. `Genk` (Belçika) – `Bayer` (Leverkuzen) - 1:1
Qollar: Vossen, 30 (1:0), Dərdiyok, 79 (1:1)
23:45. `Çelsi` (İngiltərə) – `Valensiya` (İspaniya) - 3:0
Qollar: Droqba, 3 (1:0), 76 (3:0), Ramires, 22 (2:0)
S Komandalar O Q H M Xal
1. `Çelsi` 6 3 2 1 11
2. `Bayer` 6 3 1 2 10
3. `Valensiya` 6 2 2 2 8
4. `Genk` 6 0 3 3 3
G qrupu
23:45. `Borussiya` (Dortmund, Almaniya) – `Marsel` (Fransa) - 2:3
Qollar: Blazukovski, 23 (1:0), Hummels, 32-pen (2:0), Remi, 45 (2:1), Ayev, 85 (2:2), Valbuena, 87 (2:3)
23:45. `Olimpiakos` (Yunanıstan) – `Arsenal` (İngiltərə) - 3:1
Qollar: Dyebbour, 16 (1:0), Torrios, 36 (2:0), Benayun, 57 (2:1), Modesto, 90 (3:1)
S Komandalar O Q H M Xal
1. `Arsenal` 6 3 2 1 11
2. `Marsel` 6 3 1 2 10
3. `Olimpiakos` 6 3 0 3 9
4. `Borussiya` 6 1 1 4 4
F qrupu
23:45. `Porto` (Portuqaliya) – `Zenit` (Rusiya) - 0:0
23:45. APOEL (Kipr) – `Şaxtyor` (Donetsk, Ukrayna) - 0:2
Qollar: Adriano, 62 (0:1), Seleznyov, 78 (0:2)
S Komandalar O Q H M Xal
1. APOEL 6 2 3 1 9
2. `Zenit` 6 2 3 1 9
3. `Porto` 6 2 2 2 8
4. `Şaxtyor` 6 1 2 3 5
H qrupu
23:45. `Viktoriya` (Plzen, Çexiya) – `Milan` (İtaliya) - 2:2
Qollar: Pato, 47 (0:1), Robinyo, 49 (0:2), Bıstron, 89 (1:2), Duris, 90 (2:2)
23:45. `Barselona` (İspaniya) – BATE (Belarus) - 4:0
Qollar: Roberto, 35 (1:0), Montoya, 60 (2:0), Pedro, 63 (3:0), 83-pen (4:0)
S Komandalar O Q H M Xal
1. `Barselona` 6 5 1 0 16
2. `Milan` 6 2 3 1 9
3. `Viktoriya` 6 1 2 3 5
4. BATE 6 0 2 4 2