SOKOLOV: “MƏNI DOPINQ-TESTƏ ÇAĞIRANDA YIĞMAIN HƏKIMI QORXUSUNDAN ARADAN ÇIXDI” (FUTBOL+, 18.01.2007)
18 Yan 2007
SOKOLOV: “MƏNI DOPINQ-TESTƏ ÇAĞIRANDA YIĞMAIN HƏKIMI QORXUSUNDAN ARADAN ÇIXDI” (FUTBOL+, 18.01.2007)
Rus müdafiəçi, bünün sirləri “Futbol+”ə açdı
Sokolov dastanının növbəti qolunu başa çatmış hesab edə bilərik. Artıq, klub rəhbərliyi ilə görüşən futbolçu dünən səhər saatlarında Stavropola yollandı. Sokolov Rusiyaya yola düçməzdən əvvəl ürəyini “Futbol+” boşaldıb.
- Azərbaycandan hansı hisslərlə ayrılırsan?
- Çox yaxşı hisslərlə. Cəza müddəti başa çatdıqdan sonra kimsə xidmətimdə maraqlı olsa uenidən Azərbaycanda oynamağa hazıram.
- Bəs Rusiyada hansı işlə olmaq fikrindəsən?
- Hələ dəqiq bilmirəm. Amma bir şeyi dəqiq deyə bilərəm ki, əlimi yanıma salmayıb yenə də futbolla məşğul olacam. Yəqin ki, həvəskar səviyyədə.
- Əmrah Çəlikəl son müsahibələrinin birində qeyd edib ki, başverənlərdə Sokolovun da günahı böyükdür. Bu fikirlə razısanmı?
- Düzünə qalsa, indi kimin günahkar olub-olmaması araşdırmaq heç nəyi dəyişdirmir. Şəxsən məni heç bir günahım olmadığı halda “ilyarım iş” almağım ağrıdır. Yalnız bu məqam ağrıdıcıdı. Bir şeyi bilirəm ki, Allah qarşısında təmizəm və mənə kiməsə günahsızlığımı sübut etmək lazım deyil.
- Yaxşı, sən günahsızsansa, cəzanı kimin ayağına yazaq?
- Aydındı ki, orqanizmimdə dopinq tapılıb. Mənə isə həkimdən başqa heç kim heç nə verməyib. Deməli, hər şeydə o günahkardı.
- Yığmanın həkimi?
- Bəli, yığmanın həkimi
- Nyondan qayıdandan sonra çox nikbin görünürdün. Amma yüğanın baş həkimi Ramiz Kərimov İsveçrəyə gedib qayıdandan sonra vəziyyət kökündən dəyişdi. Bu məqam səni şübhələndirmir?
- Düzünü desəm, UEFAda nə danışdığını bilmirəm. Etiraf edib, yoxsa yox- bəlli deyil. Hər halda məni cəzalandırdılar. Halbuku, bu məsələyə heç bir bağlılığım yox idi. Həkimdən icazəsiz heç bir dərman qəbul etməmişəm. Yeganə günahım odu ki, həkimə, onun peşəkarlığına inanmışam.
- Necə fikirləşirsən, həkim də cəza almalıydı?
- Bilmirəm. Yalnız onu bilirəm ki, mənim günahım yoxdu.
- Sergey, bizdə olan məlumata görə, Belçikayal oyunun ilk yarısınadan sonra ayağında ağrılar hiss etmisən. Bu informasiya doğrudu?
- Bəli. İlk yarıda ağrı hiss etdiyimdən həkimə yaxınlaşıb dedimki, artıq oynaya bilmirəm.
- Bəs Kərimovun cavabı nə oldu?
- O mənə dediki, gəl iki iynə vuraq. Mən ondan xahiş etdim ki, elə iynə vurun ki, nə orqanizmimə ziyan vursun, nə də ki, tərkibində dopinq olsun. Kərimov cavab verdiki, narahat olma, burda qorxulu heçnə yoxdu. Beləliklə, iki iynə vurdu. Oyundan sonra isə dopinq-testdən keçdim.
- Belə çıxır ki, betametazon həmin o iki iynənin “məhsul”udu?
- Bəli. Ancaq həkim bunu etiraf etmək istəmir. Halbuki, orda- Belçikada məni dopinq-testə çağıranda bərk qorxmuşdu. Mən yoxlama otağına daxil olmamış həkimdən soruşdum ki, hansı iynəni vurmusan. O susdu və heç bir cavab vermədən hardas gizləndi.
- Bildiyimə görə, püşk nəticəsində, səninlə İlqar qurbanovun yoxlamadan keçəcəyi məlum olub. Bu təsadüfi idi?
- Bimirəm təsadüf idi, yoxsa yox. Sadəcə mənə dedilər ki, get, yoxlamadan keç.
- Və bu an həkimqorxub aradan çıxdı?
- Bəli, həkim qorxdu və hətta dediki, bəlkə sənin yerinə başqası testdən keçsin. Ancaq dedilər ki, artıq bu müəyyənləşib və heç kim dəyişə bilməz.
- Sergey, bəzi adamlar fikirləşir ki, Şahin Diniyevlə dostluq münasibətinə görə bəzi şeyləri, gizlədibsən
- Məsələn, nəyi gizlətmişəm?
- İndi Belçikada başverənlər haqqında danışırsan. Halbuki, vaxtında desəydin, futbol ictimaiyyəti də kimin günahkar olduğunu bilərdi.
- Düzünü qalsa, məndə dopinq tapıldığını deyəndə heç onun orqanizmimə düşməsi haqqında düşünməyə macal tapmadım. Çünki, özüm belə şeyi qəbul etməmişdim. Bu xəbər sadəcə məni şoka saldı.
- Dopinqdə ilişməyin haqda ilk xəbər meydana çıxanda Mərkəzi Klinikada müalicə aldığını demişdin. Belə çıxır ki, həmin xəbər uydurma imiş.
- Mənə deyəndə ki, bu maddənin qalıqları orqanizmdə 6 ay qalır, istər-istəməz son yarım ildə başıma gələnləri xatırlamalı oldum. Amma sonradan UEFA-dan faks gəldi. Orda deyilirdi ki, həmin maddə orqanizmdə yoxlamadan keçdiyim 24 saat əvvəl daxil olub. Deməli, belə çıxır ki, məhz həmin oyunun fasiləsində həkim məni “zəhərləyib”
- Sergey, hər şey arxada qaldı, artıq Azərbaycandan gedirsən. Kimdənsə incikliyin qaldımı?
- Kimdən inciyim ki? Sona qədər mənə insan kimi davransalar, bunu alqışlayacam. Məsələn, klubdan mənə dedilərki, prezidentlə danışıbmüqavilə meddətinin sonuna qədər maaş ödənilməsinə nail olmasına çalışacaqlar.
- “Qarabağ” rəhbərliyinin sənə münasibətindən razısanmı?
- Onlar məni isti qarşıladı, komandaya kömək edə bilməyəcəyimə görə təəssüfləndi, məni dəstələyir, hər şeyin olacağını dedilər
- Bəs Kara ilə münasibətin necə oldu?
- Toplanışın cəmi bir həftəsində çıxış etdim. Sonra mənə dedilər ki, Bakıya dön və rəhbərliklə danış. Heş Karayla normal ünsüyyət də qura bilmədim.
- Azərbaycan millisinin azərkeşlərinə sözün varmı?
- Yığmaya azerkeşlik etdiklərinə görə onların hamısına minnətdarlığımı bildirirəm. Eləcədə “Qarabağ”ın azerkəşlərinə də təşəkkür edirəm. Azerkeşlər əmin olsun ki, yığmanın uğursuzluğu müvəqqətidir. Qoy onlar daim komandanın yanında olsun.
- Yəqin ki, sən də bundan sonra yığmamıza azerkeşlik edəcəksən.
- Əlbəttə!
- Ruhdan düşməmisən ki?
- Yox, niyə də düşməliyəm? Öz üzərimdə işləyib sübut edəcəyəm ki, məni hesbdan silmək hələ tezdi.