SOKOLOV ÖZÜNÜ GÜNAHSIZ SAYIR (FUTBOL+, 15.01.2007)

single-news
15 Yan 2007

SOKOLOV ÖZÜNÜ GÜNAHSIZ SAYIR (FUTBOL+, 15.01.2007)



Belçika yığmasıyla qarşılaşma millimiz üçün hər mənada uğursuz oldu. Ardıcıl ikinci böyükhesablı yenilgi bir yana, iki futbolçunu da itirdik. Fasilədəki qırmızı vərəqənin Yuri Muzikaya ikioyunluq başa gələcəyi bəlli idisə, dopinq-testdə ilişən Sergey Sokolovun cəzası uzun müddət qeyri-müəyyən idi. Yalnız ötən çərşənbə, Brüsseldəki matçdan az qala üç ay keçmiş UEFA öz qərarını verdi. Nəinki cəzanın yüngül olacağına, hətta Sergeyin bağışlanacağına ümid etdiyimiz vaxtda milli arxa xətt oyunçusunun xidmətindən ilyarımlıq məhrum oldu. Bu cəza müdafiəçidən bəlkə də daha çox yığmamıza zərbə oldu. Axı Sokolovun millinin son müdafiəçisi olduğu son dörd seçmə matçında komandamız cəmi 8 - əvvəllər bir matça buraxdığımız qədər - qol buraxmışdı.

Paylaş

// pop up