Sokolovla Məmmədov qayıdırlar (çempion, 18.08.2006)

single-news
18 Avq 2006

Sokolovla Məmmədov qayıdırlar (çempion, 18.08.2006)



Növbəti turda Yevlaxda “Gilan”ın qonağı olacaq “Qarabağ” matçın hazırlığını Suraxanıda davam etdirir. Ağdamlılar Qərb bölgəsinə sabah səhər saatlarında getməyi düşünürlər. Daha ətraflı klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərovdan məlumat aldıq: “Oyuna şənbə günü gedəcəyik. Həmin gün matçın keçiriləcəyi Yevlax stadionunda məşqə çıxacağıq. Hər halda bu stadiona uyğunlaşma baxımından bizə çox lazımdır. Məşqdən sonra isə gecələmək üçün Gəncəyə gedəcəyik. Ertəsi isə yenidən Yevlaxa qayıdaraq oyuna çıxacağıq. Heyətdəki problemlərə gəldikdə isə artıq Sergey Sokolovla Azər Məmmədovun zədəsi tam sağalıb. Elə Hakan Dəmirin də oynaması üçün heç bir problem yoxdur. O da komandanın son məşqində kollektivlə birgə idi. İrakli Berayaya gəldikdə isə onun durumu bir az fərqlidir. Bildiyiniz kimi həkimlər onun ayağından mili çıxartdıblar. Amma bu futbolçu Yevlaxda meydançaya çıxa bilməyəcək. Növbəti oyunlarda İrakli də komandamıza kömək edəcək”.

Paylaş