Sokolovu İsveçrəyə çağırdılar (üç nöqtə, 12.12.2006)

single-news
12 Dek 2006

Sokolovu İsveçrəyə çağırdılar (üç nöqtə, 12.12.2006)



ONA HANSI CƏZANIN VERİLƏCƏYİ ARAŞDIRMALARDAN SONRA MƏLUM OLACAQ Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika ilə oyundan sonra qanında istifadəsi qadağan olunan betametazon preparatı tapılan millimizin üzvü Sergey Sokolov dünən İsveçrəyə dəvət edilib. UEFA WADA-nın rəyi əsasında məsələ ilə bağlı FİFA-ya məlumat verib. FİFA da öz növbəsində yığmamızın üzvünün 30 gün müddətinə bütün yarışlardan kənarlaşdırılması haqda ilkin qərar çıxarıb. Sokolov haqda yekun qərarın dekabrın 7-də çıxarılacağı gözlənilsə də, nə FİFA, nə də UEFA onun barədə yekun söz deməyə tələsməyib. Əvəzində milliləşdirilən legioner UEFA-ya çağırılıb. Dekabrın 21-də UEFA-nın ayırdığı xüsusi komissiyanın üzvləri bir araya gəlib onun istifadə etdiyi preparatlar haqda bilgi toplayacaq. Yalnız bundan sonra milli komandamızın üzvü haqda son qərar çıxarılacaq. Sergey bu məqsədlə İsveçrəyə getməyə hazır olduğunu bildirib.

Paylaş

// pop up