Son 3 muşketyor...Nə dedilər?

single-news
21 May 2009

Son 3 muşketyor...Nə dedilər?



2 gündən sonra `Qarabağ`ımız çox önəmli mücadiləyə çıxacaq. Avrokuboklara gedən vəsiqəni bizə qazandıracaq matç bir sıra cəhətlərinə görə maraq doğurur. Komandamız Mayın 23-ündə 6-cı dəfə ölkə kubokunun finalına yeni rekord müəyyənləşdirəcək. Sonuncu dəfə 3 il bundan öncə həlledici görüşdə oynayan komandamızın o vaxt ki futbolçu heyətindən cəmi 3 nəfər qalıb. Kapitan Aslan Kərimov, vitse-kapitan Azər Məmmədov, gənc və perspektivli Namiq Yusifov. Görəsən, adı çəkilən futbolçular bu barədə nə düşünür?
Aslan Kərimov:` Karyeramın sonuna elə də çox qalmayıb. Çempionat oyunumuzla Avrokuboklara layiq olduğumuzu göstərmişik. İnanıram ki, kuboku qazanmaq həmin gün taleyimizə yazılıb. Komandamız cari mövsümdə 2 dəfə `İnter`lə qarşılaşıb. Hər 2 oyunda heç də rəqibdən pis oynamamışıq. İnanıram ki, kuboku 3 ildən sonra yenə də başımızın üzərinə qaldıracağıq.`
Azər Məmmədov:` 3 il bundan öncə kuboku qazananda çoxları bunu təəccüblə qarşılamışdı. Amma bu dəfə ki heyətimiz daha güclüdü və kuboka iddialıyıq. Oyuna yaxşı hazırlaşmışıq. `Qarabağ` avrokuboklarda çıxış etməyə layiqdir.`
Namiq Yusifov:` İlk kubokumu qazananda cox gəncdim. 20 yaşımda `Qarabağ`la kubok qazanmaq fərqli bir hissidir. Cari birinciliyi major notda başa vurmaq istəyiriksə kuboku başımızın üzərinə qaldırmalıyıq. İnanıram ki, `Qarabağ` Avropada Azərbaycanı layiqli şəkildə təmsil edəcək.`

Paylaş

// pop up