SON 5 GÜN QALDI

single-news
11 Fev 2008

SON 5 GÜN QALDI



“Qarabağ” Futbol Klubu çempionatın 2-ci dövrəsinin hazırlıqlarını davam etdirir. Şənbə günü fasilə dönəmində “Olimpik”lə sonuncu hazırlıq maçını (2:2) oynayan komandamızda dünən futbolçular 2 dəfə  məşq ediblər. Görüşdə oynama müddətlərindən asılı olaraq futboçular fərqli proqramda məşq keçdilər.

Bu gün də 2 məşq baş tutdu. Bu dəfə tam heyətlə. Saat 10-dakı məşq klubun bazasında baş tutdu. Günü ikinci məşqi isə Suraxanı stadionunda keçirilib. Tam heyətlə, məşq edən komandamızda zədəli futbolçuların olmaması üzləri güldürməyə bilməz. Şənbə günü “Simurq”la baş tutacaq matçda sadəcə 4 sarı vərəqə aldığı üçün Zaur Həşimov oyunu buraxacaq.

Bu arada, komandamıza baxışa gəlimiş gürcü legioner Şota Çomaxidze artıq vətəninə yollanıb. “Olimpik”lə yoxlama oyunundan dərhal sonra yarımmüdafiəçi geri qaytarılıb. Komandamıza baxışa daha bir legioner gələcək. Polşanın gənclər yığmasının şərəfini qoruyan Luşcak Voyçiç tezliklə Bakıda olacaq. 1989-cu il təvəllüdlü Luşçak yarımmüdafiəçidir.

Paylaş

// pop up