SON DƏQİQƏDƏ "VURULMUŞ" ZƏRBƏ və ya HAKİM "HƏDİYYƏSİ !

single-news
13 Mar 2006

SON DƏQİQƏDƏ "VURULMUŞ" ZƏRBƏ və ya HAKİM "HƏDİYYƏSİ !



İKİNCİ DUELDƏ ƏVƏZLƏMƏLƏR... Əvvəlki oyundan fərqli olaraq, hər iki məşqçi həm heyətdə, həm futbolçuların düzülüşündə müəyyən dəyişikliklərə əl atmışdı. "Qarabağ"da əsas heyətin bir neçə oyunçusuna istirahət verən Baş Məşqçi əvəzində İliçi müdafiə mövqeyinə çəkmiş, Fərid Quliyevə isə hücumçu kimi ilk dəqiqələrdən meydana buraxmışdı. Bundan əlavə Qoqa sağdan, Romal isə mərkəzdən hücuma kömək etməli idi... İLK 89 DƏQİQƏ... Matç başlayan kimi "Qarabağ" irəli atıldı və bunun nəticəsi olaraq küncdən zərbə qazandı. Qoqa - Romal paslaşması sonuncunun cərimə meydançasına asması ilə nəticələndi ki, burada isə Fərid Quliyev gözəl baş zərbəsi ilə hesabı açdı. Bundan sonra meydanın mərkəzində davam edən oyunda sükuti ev sahibləri pozdu. 15-ci dəqiqədə müdafiəçi ilə qapıçının bir-birini başa düşməməsi Ceyhun Sultanovun hesabı bərabərləşdirməsi ilə nəticələndi.İlk hissədə "Qarabağ" bir neçə dəfə əks hücumlarda qol vurmaq şansı əldə etsə də heab dəyişmədi. İkinci hissədə Elmir Ramiz Hüseynovla, bir qədər sonra isə, Mübariz Orucov Müşviq Hüseynovla əvəzləndi. İkinci hissədə elə də qol vəziyyətləri ilə yadda qalmayan oyunda hər şey son dəqiqədə "həll olundu"... 89-CU DƏQİQƏ . . . ...Uzun ötürmə edilir və Zoran topu saxlamaq istərkən Vadim Vasilyev açıq- aşkar ona kobudluq edir. Hakim isə bu epizoda göz yumaraq künc zərbəsini göstərir. Bununla da hakim futbolçuların 90 dəqiqədə edə bilmədiyini 1 dəqiqəyə edərək matça öz damğasını vurur. MATÇ SONRASI... Oyundan sonra Mətbuat Konfansı keçirilir. Yenə də ev sahiblərinin Baş Məşqçisi mətbuat konfransına öz köməkçisini göndərir. Böyükağa Ağayev isə, bunu bilsə də, yenə də öz böyüklüyünü göstərərək özü Mətbuat Konfransında iştirak etmək qərarı verir...

Paylaş

// pop up