Son görüşə doğru

single-news
19 Fev 2010

Son görüşə doğru



`Qarabağ`ımız artıq premyerliqanın ilkin mərhələsinin son oyununa hazırdır. İlk `6`-lıqda yerini çoxdan təmin edən komandamız sabah Şəfa stadionunda `Olimpik-Şüvəlan`la qarşılaşacaq. Artıq komandamız bu gün matçöncəsi oyunun keçiriləcəyi stadionda saat 15:00-da sonuncu məşqini planlaşdırıb.  

Komandamız görüşə bir sıra itkilərlə çıxacaq. Emin İmaməliyevin zədə səbəbindən meydana çıxmayacağı öncədən məlum idi. Premyerliqanın son turunda sarı vərəqə almış Rauf Əliyev, Vüqar Nadirov və Maksim Medvedev 4-cü sarı vərəqə səbəbindən `təyyarəçi`lərlə oyunu buraxacaq.

Xatırladaq ki, tərəflərin cari binrinclikdəki ilk matcında Əfran İsmayılovun möhtəşəm qolu komandamıza qələbə gətirmişdi.

Paylaş

// pop up