SON GÜN: ƏYLƏNCƏLİ TENNİS...
SON GÜN: ƏYLƏNCƏLİ TENNİS...
Bu da son...
"Qarabağ" Futbol Klubu Ankara Qızılcahamamda, beş ulduzlu "Patalya" oteldə keçirdiyi 21 günlük təlim məşqini başa vurur. Son gün komanda səhər saatlarında fitnes, daha sonra futbolçuların istəyi ilə ayaq tennisi oynayaraq, bununla da dönüş hazırlıqlarına başladılar. Tennis oyunu isə çox maraqlı keçdi....
Dörd komandadan ibarət beşliklər yarımfinaldan mini yarışa qatıldılar. İlk görüşdə şərti olaraq adlandırılan Aslanın komandası Muradın komandasına qarşı oynadı. Bütünlüklə gənclərdən ibarət Aslanın komandası bu görüşdə məğlub oldu və yarışa əlvida dedi. Digər yarımfinalda isə Vagifin komandası Kənanın komandasını gərkin oyunda məğlub edə bildi.
Finalda isə Vaqifin komandası ilk görüşün qalibi Muradın komandası ilə qarşılaşdı. Vaqifin komandası yeddi topluq fərqlə önə çıxdıqdan sonra matçın taleyinə aydınlıq gəldi. Beləliklə əyləncəli oyunda Vaqifin komandası çempion oldu...
Təlim məşq gözəl əhval ruhiyyə ilə başa çatdı....