SON HAZIRLIQLAR
SON HAZIRLIQLAR
“Qarabağ” komandası artıq XVI Azərbaycan premyerliqasının XXI turunda qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırdır. Çalışmalarını mütəmadi olaraq davam etdirən komandamız günü bir çalışmayla başa vurub. Saat 11-də baş tutan hazırlıq Suraxanı qəsəbə stadionunda reallaşıb. Çalışma zamanı futbolçular təxminən 90 dəqiqə məşq ediblər. Xüsusilə, uzaqdan zərbələr üzərində işləyən komandamızda əhval-ruhiyyənin əla olması diqqətlərdən qaçmadı.Çempionatın son turunda “Gənclərbirliyi” ilə matçda zədə və xəstəlik səbəbindən meydana çıxmayan Aslan Kərimov, Hüseyn İsgəndərov, Vaqif Cavadov, Ayxan Abbasov böyük ehtimalla bazar günü keçiriləcək prinsipial oyunda iştirak edəcək. Bu gün ki, çalışmada ötən matçı buraxmış Nodar Məmmədov yüngül qaçışla kifayətlənib.
Xatırladaq ki, bazar günü keçiriləcək oyunun baş hakimi Babək Quliyev olacaq. Babək bəyə İqor Şpakovski və Vaqif Musayev kömək edəcək. 4-cü hakim funksiyasını isə Elnur Muradov yerinə yetirəcək. Oyunun Suraxanı qəsəbə stadionunda saat 16:00-da baş tutacağını da qeyd edək.