SON HAZIRLIQLAR...
5 Sen 2008
SON HAZIRLIQLAR...
Sabah Azərbaycan və Lixtenşteyn millilərinin qarşılaşması baş tutacaq. Bu oyunda millimizə birdən-birə 4 futbolçu kömək edə bilməyəcək. AFFA-nın verdiyi məlumata görə bunlar qapıçı Anar Nəzirov, müdafiəçi Vladimir Levin, yarımmüdafiəçi Aleksandr Çertaqanov və hücumçu Xəqani Məmmədovdur.
Artıq sabahkı oyunu idarə edəcək hakimlərin də adları məlumdur. Bu Bolqariyadan olan hakimlər briqadasıdır. Baş hakim Tsevatan Qiorqiyev köməkçi hakimlər isə Nikola Dyuqanski və Nikolay Anqelov olacaq.