SON MATÇ...

single-news
27 Avq 2008

SON MATÇ...



Bu gün 2010-cu il dünya çempionatının seçmə mərhələsi öncəsi Azərbaycan millisi son yoldaşlıq görüşünü keçirəcək. Komandamızın rəqibi isə İran millisi olacaq.

Qarşılaşmanın yoldaşlıq xarakteri daşımasına baxmayaraq İran millisinin baş məşqçisi Əli Dayei az qala ən güclü heyəti bu qarşılaşmaya hazırlaşdırır. Bir tək Almaniya Bundesliqasında çıxış edən futbolçuları heyətdə izləmək olmayacaq. Xatırladaq ki, Berti Foqts Leandro Qomeş və Usim Ndukanın xidmətlərindən yararlanmaq qərarına gəlib. Çox güman ki, bu qərarı o Premyer Liqada çıxış edən “Olimpik” komandasının  ilk oyunlarını izlədikdən sonra verib.  

Qeyd edək ki, matç Bakı vaxtılə saat 19:30-da Tehranda, “Azadi” stadionunda baş tutacaq.

Paylaş

// pop up