Son məşq, inam, dəstək və paxlava

single-news
20 İyl 2011

Son məşq, inam, dəstək və paxlava



`Qarabağ`ımız `Streymurla` oyuna hazırdır. Avroliqanın II mərhələsində Farer adalarının təmsilçisini qəbul edəcək komandamız  bu gün 19:30-da Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxıb.  Buna qədər isə komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı baş tutub.  Qurban müəllim mətbuatın fərqli suallarına belə cavablar verib:`Sabahkı oyuna çox ciddi hazırlaşmışıq. Rəqibimiz güclüdür və bilirik ki, bizi çətin oyun gözləyir. Bilirəm ki, hər kəs bizim qrup mərhələsinə düşəcəyimizi gözləyir. Lakin bu elə də asan deyil. Çünki rəqiblərimiz güclüdür. Sabah da uduzmağı sevməyən bir komadaya qarşı oynayacağıq. Onlar da sona qədər mübarizə aparırlar. Rəqibin yaxşı heyəti və təhlükəli oyunçuları var.Oyunu penaltilərə daşımaq bizim üçün ağır nəticələnə bilər. Penaltilər seriyası haqda düşünmək belə istəmirik. Futbolçuları da bu yöndə hazırlamadım. Çünki bu, oyunçulara psixoloji təsir göstərə bilərdi. Ona görə də, penaltiləri məşq etməyi lüzum görmədim. Əgər yeni oyunçular transfer etsək, onların tez bir zamanda komandaya uyğunlaşması çətin olacaq. Ona görə də, əsas məqsədimiz bu heyəti qorumaq və play-off-a qədər  irəliləməkdir. Ümumilikdə isə çatışmayan cəhətlərimiz çoxdur. Avropa futbolundan geri qalırıq. Hələ də, bəzi klublarımızın bazası yoxdur. Lakin mən sabah `Xəzər Lənkəran`ın mərhələ adlayacağına inanıram. Real yanaşsaq isə biz hələlik Avropanın ortabab klubları ilə oynaya bilərik`.

Ardınca komandamızın məşqi baş tutub. 200-dən çox azarkeşin izlədiyi məşq 1 saat davam edib. Yüngül tempdə davam edən çalışmanı eyni zamanda klubumuzun vitse-prezidenti Tahir Gözel və `Azersun Holdinq`in direktoru Fevzihan Aras da izləyib. Başqanımız Tahir bəy eyni zamanda media mənsublarının suallarını da cavablayıb:`Bilirik ki, Azərbaycan xalqı bizdən yeni uğurlar gözləyir. Bu bizim məsuliyyətimizi daha da artırır. Biz yaxşı başa düşürük ki, azarkeşlər `Qarabağ`a daha çox inanır və ondan yeni qələbələr gözləyir. Təbii ki, bu da komandaya əlavə güc verir. Komandanın motivasiyası da yerindədir. Artıq qrup mərhələsinə düşməyin vaxtıdır. Səfərdə bir neçə şansımız olsa da, bundan yararlana bilmədik. Transferlərə gəldikdə isə komada daha çox yerli futbolçulara güvənir. Biz məhz yerli futbolçularla uğur qazanmaq istəyirik. Çalışırıq ki, Azərbaycan xalqını sevindirək.Mən komandama güvənirəm`.

Məşqin sonunda isə azarkeşlər `Banqa` ilə oyunda olduğu kimi bu dəfə də futbolçulara və komanda rəhbərlərinə paxlava paylayıblar.

`Qarabağ`ın məşqinin ardından `Streymur`un baş məşqçisi Askam media önünə çıxıb. Farerli çalışdırıcı `Qarabağ`ı favorit görsə də, sona qədər döyüşəcəklərini və havanın isti olmasının onların əleyhinə olduğunu bildirib.`
21:00-da qonaqların 1 saatlıq çalışması baş tutub. 

 

   

 

Paylaş

// pop up