Son tura qələbə üçün...
12 May 2009
Son tura qələbə üçün...
Bu gündən etibarən `Qarabağ` hazırlıqlarına start verib. 6-cı gün `Xəzər-Lənkəran` üzərinədəki qələbədən sonra Bakıya dönən komandamıza baş məşqçi Qurban Qurbanov 2 günlük istirahət vermişdi. Bu gündən etibarən isə komanda `Karvan`la oyunun hazırlığına başlayacaq. Premerliqanın sonuncu turunda komandanın tək hədəfi var: Qalib gələrək 4-cü pillədə qərarlaşmaq və Avrokuboklara birbaşa vəsiqə qazanmaq.
Günün tək çalışması Suraxanı stadionunda baş tutub. Futbolçular elə də çox yüklənməyib. Sabah isə 2 çalışma nəzərdə tutulub.
Komandamız 5-ci günə qədər Bakıda hazırlıqlarını davam etdirəcək. 6-cı gün səhər isə komanda Ağdama yola düşəcək. Bazada qalacaq komanda oyun günü Yexlaxa yola düşəcək.