SÖNÜK OYUN, LAYİQLİ QƏLƏBƏ . . .
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/2169.jpg)
16 Apr 2006
SÖNÜK OYUN, LAYİQLİ QƏLƏBƏ . . .
Oyun sakit məcrada başladı. Təsadüfi deyil ki qapılara ilk zərbə 12-ci dəqiqədə vuruldu. Elmir Xankişiyevə qarşı kobudluqdan sonra Samir Musayevin cərimə zərbəsi canlı səddə dəyərək yan xətdən çıxdı. Əsasən meydanın mərkəzində cərəyan edən oyunda yalnız 37-ci dəqiqədə Azər Məmmədovun uzaqdan zərbəsi yadda aldı ki, burada isə millinin qapıçısı Fərhad Vəliyev səhvsiz oynadı.
İkinci hissədə isə komandalar bir qədər aktivləşmək göstərişi aldıqları əvvəlcədən sezildi. 52-ci dəqiqədə Samir Musayevin iki müdafiəçinin arxada qoyaraq asmasını son anda müdafiəçi yandan çıxara bildi. 59-cu dəqiqədə Romal Hüseynovun uzaqdan zərbəsini də qapıçı ikinci cəhddə tuta bildi.
66-cı dəqiqədə isə hesab açıldı. Samir Musayevin keçidinin qarşısı kobudluqla alındı. Elmir Xankişiyev isə cərimə zərbəsindən topu qapının uzaq küncünə göndərdi: 1-0.
Bundan sonra qapılar ağzında elə də təhlükəli vəziyyətlər yaranmadı və oyun bu hesabla da başa çatdı...