SÖNÜK OYUN, VACİB QƏLƏBƏ !

single-news
4 Noy 2006

SÖNÜK OYUN, VACİB QƏLƏBƏ !



"QARABAĞ" 1:0 "G.BİRLİYİ" Oyun sakit başladı və bunun nəticə olaraq da ilk təhlükəli qol vəziyyəti 17-ci dəqiqədə yarandı. Künc zərbəsindən Vasif - Hakan - Samir Abasov paslaşması sonuncunun yaxın məsafədən başla zərbəsi ilə tamamlansa da, qapıçı əla reaksiya ilə hesabın açılmasına imkan vermədi. 26-cı dəqiqədə isə ev tapşırığını "Qarabağ" dəqiq yerinə yetirdi. Cərimə zərbəsi zamanı Samir Musayevin ötürməsini Vasif Haqverdiyev möhtəşəm zərbə ilə qapı doqquzluğuna göndərdi: 1-0. Qoldan az sonra hesab arasındakı fərq artırıla bilsə də Samirin zərbəsi dəqiq alınmadı. 32-cı dəqiqədə Samir Musayevın ötürməsi Xaliqi qapıçı ilə təkbətək qoysa da, bəxt qonaqların üzünə güldü. Qapıçının da baxışları ilə müşayət etdiyi top qapı dirəyinin yanından keçdi. 37-ci dəqiqədə az qala qapımızdan kuryoz top keçəcəkdi. Lakin Caqaya dəyən top yandan çıxdı. Əvəzində Hakanın künc bayrağı yaxında finti yaddaqalan oldu. Hissənin sonlarında dörd ardıcıl künc zərbəsi sonda Azərin zərbəsi ilə başa çatsa da, hesab dəyişmədi. İkinci hissə başlayan kimi Samir qola yaxın olsa da, hücumçumuz topu qapıçının üstünə vurdu. 5 dəqiqə sonra Samir Xaliqin ötürməsindən sonra qapıçı ilə təkbətək qalsa da,bu dəfə hakimin bayrağı havada idi. 57-ci dəqiqədə isə Namiqin ötürməsini Vasif mükəmməl zərbə ilə tamamladı. Lakin qapıçı da eyni reaksiya ilə topu tuta bildi. Sakit məcrada keçən oyunun 77-ci dəqiqəsində Sergey Sokolov qırmızı vərəqə ilə oyundan çıxdı. Buna baxmayaraq komandamız bir neçə dəfə hesab arasındakı fərqi artırmağa yaxın oldu. Son dəqiqələrdə meydana çıxan Romalın zərbəsi tamaşaçı alqışına layiq görüldü. Samiri əvəzləmiş Kənan isə son dəqiqədə qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı... Komandamız vacib üç xal aktivinə yazaraq, məğlubiyyətsiz seriyanı davam etdirdi.

Paylaş