Sonuncu hazırlıq matçında minimal məğlubiyyət

single-news
3 Mar 2010

Sonuncu hazırlıq matçında minimal məğlubiyyət



`Qarabağ`ımız premyerliqa və kubokun 14 final mərhələsi öncəsi sonuncu hazırlıq matçına çıxıb. Bakıxanov qəsəbə stadionunda qarşılaşdığımız rəqib isə `Neftçi` idi. Məlum olduğu kimi əsas milliyə 9 futbolçumuzu göndərən komandamız bu səbəbdən hazırlıq matçında tam heyətlə oyuna çıxa bilmədi.
Komandamız oyuna aşağıdakı heyətlə çıxmışdı. Sahil Kərimov, Aftandil Hacıyev, Zaur Həşimov, Admir Teli, Ayxan Abbasov, Namiq Yusifov, Aslan Kərimov, Rəşad Kərimov, Emin İmaməliyev, Georgi Adamiya, Röyal Nəcəfov
İlk yarıda oyun daha çox meydanın mərkəzində davam etdi. Yeganə qol isə 16-cı dəqiqədə Rəşad Abdullayevin ötürməsindən sonra Samir Əliyev tərəfindən vuruldu.
İkinci yarıda komandamızın Baş Məşqçisi meydana əvəzedici heyətdən 8 nəfəri meydana buraxıb, güclü rəqiblə matç həyəcanı yaşatdı. Görüş `Neftçi`nin vurduğu yeganə qolla qalib gəldi.

Paylaş

// pop up