Sonuncu məşq günü...

single-news
2 Fev 2012

Sonuncu məşq günü...



`Qarabağ`ımız Antalyada son məşq gününə çıxdı.  Yanvarın 31-də Rumıniyanın `Petrolul Ploiesti`sini 2:0 məğlub etdikdən sonra komandamızın baş məşqçisi Qurban Qurbanov dünən komandaya istirahət vermişdi.  Bu gün isə komandamız 2 məşqlə təlim-məşq toplanışının məşq proqramını tamamlayacaq. Belə ki, axşam 18:00-da baş tutacaq məşq Antalyada sonuncu olacaq. Çünki, sabah sonuncu hazırlıq matçıyla təlim-məşq prosesi başa çatacaq. Komandamız Bakı vaxtıyla 17:00-da Gürcüstanın `VİT-Corciya`sı ilə qarşılaşacaq.
Komandamızın düşərgəsinə baxışa gələn legionerlər geri göndərilərkən İstanbulda müalicə olunan Əəfran İsmayılov geri dönərək məşqə çıxıb.
`Qarabağ`ımız Fevralın 4-də Bakıya qayıdacaq.

Paylaş

// pop up