SONUNCU OYUN DA BİTDİ
SONUNCU OYUN DA BİTDİ
"Qarabağ" Futbol Klubu Antalyadakı təlim-məşq toplantısınında sonuncu yoxlama oyununu keçirdi. Rəqib Ruminiyanın güclülər dəstəsinin təmsilçisi "Daçiya" idi. 21 günə 5 oyun keçirən komandamız bununla da Antalya kampına son qoydu.
Bizim oyunun başlanmasə ərəfində Türkiyənin ünlü "Fənərbaxça" klubu Türkiyə çempionatında önəmli "Sivasspor"la maçöncəsi son məşqini "Qarabağ" qaldığı "Santai" hotelinin sahəsində keçirdi. "Fənərbaxça"nın meneceri Volkan Ballı və klubun digər yönəticiləri baş məşqçimiz Rasim Karayla görüşüb uğur arzuladılar.
"Qarabağ" meydana bu "11"liklə çıxmışdı. Fərhad, Hüseyn, Muhammet, Nodar, Ayxan, Aslan, Pupo, Murad, Şəhriyar, Kənan, Bogyü. Oyunun ilk 15 dəqiqəsi meydanın mərkəzində davam etdi. İlk təhlükəli vəziyyət rəqib tərəfindən gəldi. Lakin Fərhad uzaqdan vurulmuş zərbəni məharətlə dəf etdi. Ümimiyyətlə, güclü küləyin əsməsi ilk yarıda komandamıza çətin vəziyyətə salırdı. Tərəflərin səyinə baxmayaraq ilk yarıda hesab açılmadı.
İkinci yarıda meydana daxil olan Vaqif, Aftandil, Əfran, Rauf oyunu canlndırdı. Lakin qolu Əfranın hava ötürməsindən sonra Aslan başla tora qovuşdurdu. eyni uğuru Vaqif də təkrarlaya bilərdi. Lakin, Cavadovun baş zərbəsini Qapıçı dəf edə bildi.