SONUNCU TEST FASİLƏ ÜÇÜN
SONUNCU TEST FASİLƏ ÜÇÜN
“Karvan”la matçdan sonra futbolçulara bir günlük istirahət edən komandamız yenidən məşqlərə başlamışdı. Premyerliqanın ilk yarısı başa çatmasına baxmayaraq arada olan fasilə səbəbindən futbolçular bir qədər gec istirahətə yollanacaq. Belə ki, premyerliqanın növbəti oyun gününə qədər 75 günün qalması fərqli proqram tərtib etmək zəruriyyəti yaradıb. Xəbər verdiyimiz kimi aşağı komandalara tətbiq olunmuş “jojo” testi bu dəfə əsas komandaya tətbiq edilib. Komandamızın üzvləri 5-li qruplarla normativ yerinə yetiriblər. “Qarabağ”ımızın koordinatoru Mehmet Ak testin məqsədi və nəticələri haqqında fikirlərini bildirdi:”Bildiyiniz kimi, premyerliqanın ikinci yarısının başlanmasına 2 ay yarımdan çox vaxt var. Yeni hazırlıq dönəminin başlamasına qədər uzun vaxt qaldığından formaı qorumaq mümkün deyil. Keçirdiymiz bu testdən sonra futbolçuların ümumi fiziki hazırlğı haqqında bilgi toplanır və 1 aydan sonra başlayacaq ikinci yarı hazırlığınaq ədər isə hər bir futbolçuya fərqli proqram tərtib etdik. Oyunçular bu bir ay ərzində bu proqramla məşq edəcəklər.”
Mehmet bəydən son durumdan haqqında düşüncəsini soruşduq:” İddia edirəm ki, hal-hazırda “Qarabağ”dan yaxşı fiziki hazırlığa malik komanda yoxdur. Ümumi nəticələrdən razıyıq. Bu özünü testdə də göstərdi. Ümumlikdə ən yaxşı nəticəni Aftandil, Maksim və Sedat göstərdi. Adı çəkilən futbolçular testdən əla göstəricilərlə çıxdılar.”
Nəzərinizə çatdıraq ki, “Qarabağ”ın legionerləri Artim Şakiri, Nidal Fərhatoviç, Zekeriyya Ramadan və Sedat Şahin artıq vətənlərinə yola düşüblər.
Nəzərinizə çatdıraq ki, komandamızın Yanvarın 3-ü yenidən yığışacaq. Legionerlərsə 2 gün sonra Bakıda olacaq.