Sonuncu üçün...

single-news
16 May 2011

Sonuncu üçün...



`Qarabağ`ımız premyerliqanın sonuncu turunun hazırlıqlarına start verir. Mayın 18-ində XIX birinciliklə vidalaşacaq komandamız sonuncu rəqibiylə oyun üçün bu gün başlayır. Mayın 13-də Ağdamda `Neftçi`ylə qarşılaşan komandamız maçdan sonra Bakıya dönüb. Komandamızın baş məşqçisi komandaya oyun ertəsi istirahət verib. Dünən 90 dəqiqə oynamayanlar Suraxanı qəsəbə stadionunda məşqə çıxıb. Əsas heyətin oyunçularının istirahəti isə 2 gün çəkib. Bu gündən komandamız tam heyətlə AZAL-la oyunun hazırlıqlarını sürdürəcək.
15:30-da Suraxanda keçirilməsi gözlənilən məşqdən öncə komandamızda ciddi itki yoxdur. Belədə komandamız `təyyəraçi`lərlə oyunda tam heyətlə çalışacaq. Komandamız sabahdan `kampa girərək` oyun saatını gözləməyə başlayacaq.
Xatırladaq ki, premyerliqanın sonuncu turunda AZAL - `Qarabağ` oyunu Mayın 18-i saat 20:00-da AZAL-ın Şüvəlandakı stadionunda keçiriləcək. 

Paylaş

// pop up