SORĞUNUN NƏTİCƏLƏRİ...
SORĞUNUN NƏTİCƏLƏRİ...
Növbəti sorğu da başa çatdı. Qış fasiləsindən sonra saytın izləyicilərinə belə bir sualla müraciət etdik. Komandamızda hansı xəttdə islahatlar görmək istəydinizi soruşduq, siz də cavab verdiniz. Beləliklə, repondentlərin cavabına əsasən belə başa düşdük ki, azarkeşlər daha çox hüçum xəttindən narahatdırlar. Belə düşünən səsverənlərin təxminən yarısı belə fikirləşir. 48,2 faiz ön xəttdə yeni ada rast gəlinməsini istəyib. Təsadüfi deyil ki,qış fasiləsində komandamıza qoşulan 2 futbolçudan biri Elşən Məmmədov məhz hücumçudur. Həm hücum və yarımmüdafiədə dəyişiklik istəyənlər 20,8 faizdir. Müdafiədə islahat arzusunda olanlar isə 11,5 faizdir. Səsvermədən belə başa düşdük ki, azarkeşlər ən çox qapıdan arxayındırlar. Belə ki, cəmi 7 nəfər başqa sözlə 5,07 faiz şəxs qapışının dəyişdirilməsini istəyib.
Bu gündən artıq yeni sorğumuz fəaliyyətə başlayır. İkinci dövrədən nə gözləyirsiniz? Bu sualın cavabını saytımızda cavablaya bilərsiniz...