SÖZLƏ DEYİL, ƏMƏLLƏ . . .

single-news
12 Apr 2007

SÖZLƏ DEYİL, ƏMƏLLƏ . . .



Müasir dövrümüzdə kütləvi informasiya vasitələrinin sosial, iqtisadi, mənəvi həyatımızda günü-gündən artan kütləsini görməmək mümkün deyil. İstənilən sahədə praktiki və nəzəri cəhətdən nailiyyət əldə etmək üçün KİV-in rolu artıq qaçınılmaz hala gəlib. Əlbəttə, hər bir təbliğatın kökündə, qarşına qoyduğun məqsədin fərdi deyil, ümumi, geniş, cəmiyyət kütləsinin maraqlarını özündə nə dərəcədə birləşdirməsi çox önəmlidir. Bu baxımdan günün nəbzini tutmaq, insanları bəşər üçün faydalı və səmərəli təfəkkürlərinin özündə ehtiva etməsi KİV-in üzərinə böyük məsuliyyət qoyur.
Bu gün hər nə qədər Azərbaycan futbolunun səviyyəsindən gileylənsək də, idmanını “şah”ının ölkəmizdə təbliğatı və tərənnümünün yetərli səviyyədə olmamasında KİV-in işinin öhdəsindən yetərincə gələ bilməməsinin az rolu yoxdur. Müasir, dünya standartlarına cavab verə biləcək, futbol strukturunun yaradılmasında qlobal informasiya təmərküzləşməsinə böyük ehtiyac var. Bu baxımdan  nəinki, idman jurnalistikasında eyni zamanda Azərbaycan futbolunun barbaşa təmsilçiləri olan klubların da böyük rolu var. Amma təəssüf ki, hər iki sahədə eyni köklü problemlər mövcuddur.
Amma hər zaman yenilikləriylə seçilən “Qarabağ” Futbol Klubu Azərbaycan analoqu olmayan futbol saytını bütün futbolsevərlərin ixtiyarına verir. Bəli, artıq yeni saytımızda mütəmadi olaraq, nəinki Azərbaycan, eyni zamanda dünya futbolunda baş verən yeniliklərlə tanış olacaqsınız. Klubumuz haqqında operativ yeniliklərlə yanaşı komandamızın qarşılaşacağa rəqiblərlə bütün statistikaları, uşaq və gənclər futbolunun təbliğatı saytımızın ana xəttini təşkil edir. Üstəlik, “Qarabağ”haqqında  oyunundan əvvəl və sonra xəbərlər, matç sonrası ən yaxın müddətdə və keyfiyyətdə protokol, fotoalbom və canlı videolar sizin xidmətinizdə olacaq. Eyni zamanda azarkeşlərin mənəvi istirahətini təmin etmək üçün dünya futbolundakı rəngarəng videolarla da zövqünüzü oxşamağa çalışacağıq.
Bu hələ harasıdır? Azərbaycanda ilk dəfə bir klub saytında Azərbaycan və dünya futbolunun gedişatı haqqında yazarlardan analik təhlillər saytımızın futbol ictimaiyyətinə yeni töhfəsidir. Obyektiv, kimsənin maraqlarını güdmədən yazıların məqsədi sadəcə ölkə idmanına yeni, sivil futbol təfəkkürü gətirməkdir.  Üstəlik, ölkənin idman ictimaiyyətinin üzvləri ilə maraqlı müsahibələr də saytımızı daha da bəzəyəcək.
Bu da son deyil. Qeyd etdiyim kimi, ölkədə futbola nə qədər maraq olsa da onun ictimaiyyətə doğma dilimizdə internet vasitəsiylə çatdırılmasında böyük çatışmamazlıq var. “Qarabağ” Futbol Klubu bu boşluğu aradan qaldırmaq üçün daha bir yenilikdən istifadə edərək, gün ərzində dnüya futbol meydanlarında baş verənləri operativ surətdə sayta yerləşdirərək, azarkeşlərin xəbərlərdən mütəmadi olaraq yararlanmasına imkan verəcək.
Yaxın günlərdə saytımzda növbəti yeniliklərlə qarşılaşsanız təəccüblənməyin. Məqsədimiz söz deyil, əməl mübarizəsi aparmaqdır. Ümidvarıq ki, sizlərin daimi diqqəti və dəstəyi ilə  arzuladığımız və niyyətində olduğumuz analoqu olmayan saytı yarada biləcəyik...

Emrah Çelikel, “Qarabağ” Futbol Klubunu Direktoru: “ İlk növbədə, yeni dizayn olunmuş saytın ölkə idmanına xeyirli olmasını arzulayıram. Bilirəm ki, nəinki Azərbaycanda, eyni zamanda Türkiyədə belə rəsmi klub saytı yoxdur. İnşallah,  tezliklə, digər klublar da elektron xəbər sistemində təkmilləşdirmə apararaq ölkə idmanında yeni səhifə açılmasına səbəb olarlar.”

Asif Əsgərov, “Qarabağ” Futbol Klubunu Mətbuat xidmətinin rəhbəri:  “Klubun işçisi olaraq, dünya futbol saytlarına diqqət yetirdikcə həmişə “Niyə bizdə olmasın?” sualını özümə ünvanlayırdım. Əksər üzdə olan futbol saytlarındakı bölümləri təhlil edərək sonda bir layihə ilə rəhbərlik qarşısında çıxış etdik və cavabı da özünü çox gözlətmədi. Nəticəsi göz qabağındadır. Qiyməti Sizlər verin. Amma saytda işlər hələ yekunlaşmadığından bəzi çatışmazlıqları nöqsan kimi qəbul etməyin. Yeniliklərdən bəziləri - Oyun elanı (bura oyun protokolundan tutmuş canlı qollara kimi), Turnir Cədvəlinin ötən illə müqayisəli şəkli, I dəstə və digər yeni  bölümlər ən yaxın günlərdə xidmətinizdə olacaq. Bununla da Azərbaycanda müqayisə olunmaz bir klub saytı yaratdıq. İnkşaf üçün rəqabət lazımdır və biz bundan çəkinmirik. İnanırıq ki, yaxın zamanda bizlə rəqabətə girəcək digər saytlarda Sizləri sevindirəcək....”

Paylaş

// pop up