“SPORT-EKSPRES” MİLLİ HAQDA DANIŞDI
5 Dek 2007
“SPORT-EKSPRES” MİLLİ HAQDA DANIŞDI
Dünən AFFA-da növbəti iclas keçirilib. Bu iclasda Azərbaycan millisinə Coko Hacıyevskidən başqa namizədlərin olduğu açıqlanıb. Federasiyanın prezidenti Elşad Nəsirov bəyan etdi ki, namizədlər arasında alman Berti Foqts və Andreas Breme, portuqal Artur Jorje, italyan Marko Tordellinin adları var. “Amma bu o demək deyil ki, biz Hadciyevskidən imtina edirik, - Nəsirov bildirib. O da namizədlər arasındadır. Məşqçinin təyin edilməsi üçün AFFA-nın prezidentinin seçilməsini gözləyirik. O zaman biz bütün sənədləri nəzərdən keçirib qərarımızı açıqlayacağıq. Millinin məşqçisiz qalmaması üçün Hadciyevski ilə olan müqavilənin vaxtını uzadacağıq. Eyni zamanda ən yaxın yoldaşlıq görüşünü fevral ayının 6-da keçirməyi planlaşdırırıq”.