"Sportinq" - "Qarabağ": Son məşq və mətbuat konfransı

single-news
18 Sen 2018

"Sportinq" - "Qarabağ": Son məşq və mətbuat konfransı



Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində baş tutacaq “Sportinq CP" (Portuqaliya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Sabah - sentyabrın 19-da baş məşqçimiz Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 21:30) media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:00-da (Bakı vaxtıyla 22:00) qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Paylaş